Səhər oyana BİLMƏYƏCƏYİK!

Uşaqlar yatdı?

- Ümid yatdı, Sürəyya  isə yatmayıb hələ, nəsə yatmaq istəmir. Bu gün özünü qəribə aparır, heç baş açmıram ondan...

- Niyə, nə olub ki?
 

- Səhərdən mənə qəribə suallar verir. Deyir, ana, məni sən daha  çox istəyirsən, yoxsa atam?  Atam Ümidi çox istəyir, yoxsa məni? Deyirəm, ay bala hər ikimiz hər ikinizi çox istəyirik. Getdi, bir az oynayandan sonra yenə gəldi.


“Ana atam deyirdi ki, bizim bundan da böyük və daha mənzərəli yerdə evimiz olacaq, düzdü? Bəs orda mənim ayrı otağım olacaq? Ana, bəlkə bu gün səninlə yatım? Qaqaş da gəlsin yanımıza...

- Ülfət, bu uşağa nə olub? Bu günə kimi belə suallar vermirdi.

- Əşşi, sən də hər şeyi böyüdürsən. Nə olacaq ki? Uşaqdı da, böyüyür, ağlına gələni soruşur. Nəyisə, tez yatsın, səhər dərsdədir...

- Ülfət bu sobanı da yandırasan bəlkə, ev bu gün çox soyuqdu, uşaqların da əli-ayağı buza dönüb... Bir az ev qızsın söndürərik. Qoy Ümidi də gətirim bura, hamımız bir yerdə qızınaq...

- Yandırdım Əfsanə, bir çay da versən yaxşı olar...

- Ata, ata, mənim “kukla”ma ev düzəldərsən?

- Həə, qızım düzəldərəm, amma indi gecdi, yatmaq vaxtıdır. Qardaşın yatıb, sən nəyi gözləyirsən?  Səhər oyana bilməyəcəksən...

Sürəyyanın qorxu dolu baxışları atasına dikildi. 1 dəqiqə gözlərini eyni nöqtədən çəkmədi. Dərin düşüncəyə qərq olan qızcığaz donub qalmış baxışlarını valideynlərinə tuşlayaraq, diqqətlə onları süzürdü. Bu baxış son görüşün, bir-birlərindən qopmayan nəfəslərinin işartısı idi.

Əfsanə də nədənsə səhərdən çox narahat idi....

Ürəyi çabalayır, nəfəsi kəsilir, ayağı yerdən üzülürdü sanki... Birdən onu soyuq tər basdı. Stolun üstündən salfet götürüb, üzündəki və boynundakı tər damcılarını sildi.

- Anlamadım... Mənə nə oldu? Ev çox qızdı ki? Tərlədim deyəsən...

- Sürəyya gəl görüm, daha gecdi, yataq balam... Ata da uzandı, bax televizora baxa-baxa yatacaq. Gəl biz də yataq, səhər Ümidlə, səni dərsə aparmalıyam. Sonra oyana bilməyəcəyik...

- Eee ana, “kukla”m yatmayıb, ona soyuqdu, qoy onu geyindirim üşüməsin. Ya da qoy, ona “peç”in yanında yer düzəldim, orda tez qızınar...

- Qızım, tərslik eləmə  gəl, gözüm yumulur. Ülfət bu qızı çağır, bəlkə səni eşidər... Ay Ülfət!!!

- Bax, ata da yatdı, gəlirsən qızım?

Cavab gəlmir...

Araya xeyli sükut çökür...

Qəfil səssizlikdən hürkən Sürəyya gözlərini ovxalaya-ovxalaya gəlinciyini geyindirməyə çalışır. İndi üşüməyəcəksən!

- Ana, ay ana bayaq atam da, sən də dediz ki, səhər oyana  bilməyəcəyik. Niyə dura bilmirik ki?

- Ana!  Səninləyəm, eşitmirsən? Yatdın?

- Ata, ay ata!  Sən də yatdın?

- Bəs, mən?

Ayağa durmaq istədi, müavinəti itmiş gücsüz qıçları sözünə baxmayıb, qızcığazı yerə atdı. Gəlinciyini qucağına alıb tez bağrına basdı. Gözləri yumulur, nəfəsi daralırdı...
 

Birdən xəyalında anasının "qucağı", atasının "səsi", qardaşının isə "gülüşü"canlandı. Rəngarəng divarları, rəsmlərlə dolu otaqları, sevimli oyuncaqlarının yerləşdiyi guşələri olan evdən Sürəyya sən də gəl, gəl... - deyə səslər eşidirdi...


Çətinliklə güc toplayıb qardaşını, Ümidi səslədi...

- Ümid! Ümid!

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

End of content

No more pages to load

RADİO