Ərini qətlə yetirən qadın: "Dedi ki, "kəlmeyi-şəhadətini oxu, onsuz da səni öldürəcəyəm"

Gəncə Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Aysu Çərkəzlinin cinayət işi üzrə məhkəmədə verdiyi ifadəsi məlum olub.

Bizim.Media xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət əməlini anlaqsız vəziyyətdə törətməkdə təqsirləndirilən şəxs ifadəsində hadisə günü həyat yoldaşı Nurlan Çərkəzlinin içkili vəziyyətdə evə gəldiyini göstərib:
 

"O, mənə "səni öldürəcəyəm, get mətbəxdən bıçağı gətir" dedi. Nurlanın əlində silah var idi. Mətbəxdən gəldikdə Nurlanın həmin silaha güllə doldurduğunu gördüm. Nurlan mənə "kəlmeyi-şəhadətini oxu, onsuz səni öldürəcəyəm" söylədi. Sonra o, silahı yerə qoyub, məni döyməyə başladı, saçımdan tutub yataq otağına apardı. Əlləri ilə məni boğmağa çalışdı. Nurlanın əli boşalan zaman əlindən qaçmağı bacarsam da, o, məni arxadan tutaraq stolun dəstəyinə doğru itələdi. Bu zaman xəsarət aldım, pis vəziyyətə düşdüm.


Daha sonra silahı və bıçağı əlinə alıb məni öldürəcəyini dedi və qarşısında diz çökməyimi söylədi. Nurlan silaha gülləni dolduranda mətbəxə keçib, iri bıçağı götürdüm. Sonra onun üzərinə gəldim. Nurlan barmaqlarımı qırmağa başlayanda dərhal yerdən bıçağı götürərək, ona xəsarətlər yetirdim. Vəziyyətim normal olmadığı üçün Nurlana hansı xəsarətləri yetirməyi xatırlamıram. Nurlan evə gəlməmişdən əvvəl uşaqları yatırtmışdım".

Qeyd edək ki, 2022-ci ilin iyul ayının 29-da Bərdə rayonu Şorəli kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü A.Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə N.Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məlumata görə, çoxsaylı bıçaq zərbələri ilə öldürülən şəxs "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə Rayon Elektrik Şəbəkəsində çalışırmış.

Belə ki, Ağdam rayonunun Sırxavənd kəndindən məcburi köçkün olan Nurlan və ailəsi iki il əvvəl Bərdənin Şorəlli kəndinə köçərək orada yaşamağa başlayıb. Onun həyat yoldaşı A.Çərkəzli ilə izdivacdan üç övladı dünyaya gəlib.

Qonşular ailənin çox sakit həyat sürdüyünü, indiyədək hər hansı münaqişələrini görmədiklərini deyiblər.

İlkin məlumata görə, əvvəl N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Çərkəzlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyəti və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

End of content

No more pages to load

RADİO