Təyinat VAR, gedən YOXDUR – Həkimlər niyə rayon xəstəxanalarında İŞLƏMƏK istəmir?

“Xəstə Bakıya çatdırılarkən yolda dünyasını dəyişdi” çox təəssüf ki, son zamanlar bu başlıqlı xəbərlərlə tez-tez rastlaşırıq. Xüsusilə müxtəlif rayon və kəndlərdə bilinməyən səbəblərdən belə hadisələr baş verir.

Bəs niyə rayonlarda xəstənin dərdinə çarə tapan həkimlər yoxdur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan professor Adil Qeybullanın sözlərinə görə Azərbaycanda həkimlərin təlabat üzrə paylanmaması problemi yaşanır:

“Ona görə ki, insanların əksəriyyəti Bakı şəhərində qalıb işləməyə üstünlük verir. Rayonlarda həm xəstə, həm də gəlirlər yetərincə deyil. Mən düşünürəm ki, rayonlarda həkimlərin işini möhkəmləndirmək üçün həvəsləndirici tədbirlər lazımdır. Məsələn komunal xərclərdən azad olma, evlə təmin edilmə və. s belə çoxsaylı stimullaşdırıcı səbəblər düşünmək olar”, - deyə professor bildirib.

“İkinci tərəfdən də hal-hazırda 65 yaşı bitən kimi həkimlərin çoxusunu təqaüdə göndərirlər” deyən Adil Qeybulla bildirib ki,  bu da düzgün təcrübə deyil:

“Əslində həkimlərin çoxu elə məhz o yaşda müəyyən təcrübəyə çatır. Ona görə də niyə biz bu yaşdakı həkimləri təqaüdə göndərmək əvəzinə rayonlarda istifadə etməyək?! Əlbəttə, bu gün gənc, xüsusiilə də Qərbdə yetişmiş mütəxəssislərin rayonlarda işlə təmin olması məsələsi xüsusi nəzarətdədir. Amma, bu iş getdikcə genişləndirilməlidir. Bu iş elə  qurulmalıdır ki, rayon ilə Bakının bir fərqi olmasın!”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən ildə iki dəfə rezidentura təhsilini müvəffəqiyyətlə bitirən həkim-mütəxəssislərin təyinatı həyata keçirilir:

 “Təyinat zamanı Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələrində, habelə müraciət əsasında digər dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində mövcud vakant həkim vəzifələri həkim-mütəxəssislərə təklif olunur və onlara iş yerlərinə göndəriş verilir. Qanunvericiliyə uyğun olaraq, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisəsələrində işləməlidirlər”, - deyə diqqətə çatdırılıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

End of content

No more pages to load

RADİO