Ayaqlarınız tez-tez şişirsə, MÜTLƏQ OXUYUN: 5 təhlükəli səbəb

Artıq mayenin toxumalarda yığılması ödəm (şişkinlik) adlandırılır. Ayaqlarda ödemlər tam sağlam insanlarda da inkişaf edə bilər.

Bizim.Media xəbər verir ki, bunun səbəbi çox isti hava, narahat dar ayaqqabı və ya paltar, uzun müddət ərzində ayaq üstə qalmaq, həddinən artıq miqdarda maye qəbul etmək və s. ola bilər.

Hamiləlik də ayaqlarda ödemlərin inkişafına səbəb ola bilər.

Bu halda şişkinliklərin aradan qaldırılması üçün ayaqları yuxarı qaldırıb bir qədər uzanmaq, kontrast ayaq vannaları (isti və soyuq suyun növbələşməsi) qəbul etmək (suya dəniz duzu əlavə etmək yaxşıdır), ayaq massajı etmək kifayətdir. Nəticədə ödem yox olacaq. Lakin ödemlər sizi tez-tez narahat edirsə, keçmirsə, mütləq həkimə müraciət edin. Belə ödemlər orqanizmdə olan hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Saglamolun.az sizə bu xəstəliklər və pozulmaların siyahısını təqdim edir:

- Varikoz xəstəliyi. Bu xəstəlik zamanı ayaqlarda venoz qanın axması pozulur və nəticədə damarlarda və kapilyarlarda təzyiq artır, burada durğunluq yaranır. Bu isə yığılmış mayenin kapilyarlardan ətrafda olan toxumalara çıxmasına və ödemlərə səbəb olur. Ödemlər bu xəstəliyin ilk əlamətləri kimi meydana çıxır. Əvvəl ödemlər cüzi olur, lakin xəstəlik inkişaf etdikcə ödemlər daha gözə çarpan olur, ayaqlarda kapilyar toru görünməyə başlayır.

- Ürək çatışmazlığı. Bu pozulma zamanı ürək öz "nasos" funksiyasının öhdəsindən tam gələ bilmir və nəticədə qan dövranı yavaşıyır və maye toxumalarda yığılmağa başlayır (ilk növbədə ayaqlarda). Belə ödemlər asta-asta, gizli inkişaf edir.

Ürək çatışmazlığı ilə bağlı olan ödemlər pozulmanın digər simptomları ilə müşayiət olunur: təngənəfəslik, taxikardiya, zəiflik, yorğunluq, səbəbsiz öskürək, dərinin solğun olması, dodaqların göyərməsi və s.

- Böyrək xəstəlikləri. Bu xəstəliklər zamanı ödemlər üzdə, ayaqlarda müşahidə olunur. Ödemlər sürətlə inkişaf edir - bir neçə gün ərzində. Xəstəni ümumi zəiflik, baş ağrısı, bel ağrısı, sidiyin rənginin dəyişilməsi (sidikdə qan izləri ola bilər) kimi simptomlar narahat edir.

Belə ödəmlər angina və ya kəskin respirator infeksiyadan sonra inkişaf edə bilər. Bu infeksiyanın ağırlaşmasıdır.

- "Fil" xəstəliyi. Bu xəstəlik zamanı limfanın dövranı pozulur ki, bu da zülal və su mübadiləsinin pozulmasına və limfa durğunluğuna səbəb olur. Bunun nəticəsində əsasən ayaqlarda güclü ödemlər yaranır. Ayaqlar fil ayaqlarına oxşamağa başlayır.

- Hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı da ödemlər mümkündür. Xəstəliyin digər simptomları - halsızlıq, yuxululuq, soyuğa davamsızlıq, bədən çəkisinin səbəbsiz artması, qəbizliyə meyillik və s. (Saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “2020-ci il seçkilərində ölülər də səs vermişdi” – VİDEO

Tramp: “2020-ci il seçkilərində ölülər də səs vermişdi” – VİDEO

Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı – AQTA-dan XƏBƏRDARLIQ

Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlandı – AQTA-dan XƏBƏRDARLIQ

Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

Pelleqrini: “İlham Əliyev Şuşada danışıqlar aparmağı təklif edəndə dərhal razılaşdım”

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırıldı - VİDEO

Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar

Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri almaq olar

Evindəki bir adyal ona milyonlar qazandırdı – FOTOLAR

Evindəki bir adyal ona milyonlar qazandırdı – FOTOLAR

Vaxtı keçmiş afişalar - Bakının küçələrini niyə "bəzəyir"?

Vaxtı keçmiş afişalar - Bakının küçələrini niyə "bəzəyir"?

Ukrayna şəhərlərinə KÜTLƏVİ ZƏRBƏLƏR – Ölənlər var – VİDEO

Ukrayna şəhərlərinə KÜTLƏVİ ZƏRBƏLƏR – Ölənlər var – VİDEO

ABŞ-da sel fəlakəti - Şəhərlər su altında qaldı – VİDEO

ABŞ-da sel fəlakəti - Şəhərlər su altında qaldı – VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycanda qaz ödənişləri ilə bağlı – Yenilik

Azərbaycanda qaz ödənişləri ilə bağlı – Yenilik

50 000 ilə çatacaq qədər ehtiyat kəşf edildi - Bəşəriyyət XİLAS OLACAQ

50 000 ilə çatacaq qədər ehtiyat kəşf edildi - Bəşəriyyət XİLAS OLACAQ

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi – VİDEO

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi – VİDEO

Bir qasırğa 400 illik sərhəd anlaşmazlığına SON QOYDU

Bir qasırğa 400 illik sərhəd anlaşmazlığına SON QOYDU

Xankəndidə güclü YANĞIN

Xankəndidə güclü YANĞIN

Azərbaycanda vəkillərin sayı 3 mini KEÇDİ

Azərbaycanda vəkillərin sayı 3 mini KEÇDİ

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Oğuzhan Uğur SAXLANILDI

Oğuzhan Uğur SAXLANILDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Netanyahunun ABŞ-a səfəri TƏXİRƏ SALINDI

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər - Qanun nə deyir? – VİDEO

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

Azərbaycan UEFA reytinqində liderdir! -Əla başlanğıc…

End of content

No more pages to load

RADİO