Xəbər verdiyimiz kimi, Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.
TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, zəhərlənənlərin sayı artıb.
“Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
Bizim.Media