Bakı bulvarının yaxınlığında dənizdən meyit tapılıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkın yaxınlığında qeydə alınıb.
Neftçala rayon sakini, 48 yaşlı Nemət Tarverdi oğlu Nəcəfovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğunda aparılır.
Bizim.Media