Azərbaycan pravoslavları Pasxa bayramını belə qeyd edirlər - FOTO

Bu gün Azərbaycanın pravoslav xristianları ən mühüm dini bayramlardan birini - Pasxanı qeyd edirlər. Şənbədən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa mərasimləri keçirilib.

Bizim.Media xəbər verir ki, bu zaman xaç yürüşü keçirilir, səhər ibadətində dualar oxunur, Pasxa şirin çörəyi ilə xeyir-dua verilir.

Azərbaycan Prezidenti İlham Əliyev bayram ərəfəsində pravoslav xristian icmasına təbrik ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb.

“Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

 

Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər” - deyə təbrik məktubunda qeyd edilir.


Bakıdakı Müqəddəs Jen-Mironosits Kafedral kilsəsində bayram mərasimi keçirilib.

Bakı və Azərbaycan yepiskopu Aleksi jurnalistlərlə söhbətində diqqətə çatdırıb ki, pravoslav kilsəsi hər il müqəddəs Pasxa bayramını qeyd edir. “Bu gündən əvvəl 40 günlük oruc tutulur, oruc tutan pravoslav xristianlar yeməkdən, pis əməllərdən və tövbə etmək istəyindən çəkinərək özlərini Məsihin dirilməsinin bu parlaq gününə hazırlayırlar”. Azərbaycanın pravoslav icması adından bütün ölkə sakinlərini təbrik edən yepiskop deyib:

“Hər kəsə cansağlığı, xeyirxahlıq arzulayıram, bütün xeyirxah işlərdə Uca Yaradandan kömək diləyirəm ki, ölkəmiz çiçəklənsin, başımızın üzərində aydın səma olsun, ölkəmizdə xeyir şər üzərində qələbə çalsın”.

Pasxa xristianlığın ən qədim və əlamətdar bayramlarından biridir, İsa Məsihin dirilməsinin sevincinin rəmzi sayılır. Pravoslav təqviminə əsasən, bu il Pasxa günü aprelin 20-də qeyd olunur. Ənənəyə görə, bayramdan əvvəl sonuncu cümə axşamı dindarlar Pasxa şirin çörəyi bişirir, axşam isə bayrama hazır olurlar. Şənbə günü bu ləzzətlər xeyir-dua üçün kilsəyə gətirilir və şənbə günündən bazara keçən gecə Pasxa bayramının başlanğıcını və Məsihin dirilməsi bayramını qeyd edənlər xaç yürüşündə iştirak edirlər.

Məsihin “Nurlu dirilməsi” məqamında hər bir pravoslav xristian adətə uyğun olaraq Pasxa süfrəsində toplaşır, pasxa nemətləri və şirin çörəyi bölüşür, yumurta döyüşdürür və “Məsih dirildi” sözləri ilə bir-birini salamlayır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədası

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

İsti havada rahat yatmağın yolları

İsti havada rahat yatmağın yolları

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Samir Şərifova yeni vəzifə VERİLDİ

Samir Şərifova yeni vəzifə VERİLDİ

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Final təyinatı onu kövrəltdi – Video

Final təyinatı onu kövrəltdi – Video

İsrail parlamenti buraxıldı - VİDEO

İsrail parlamenti buraxıldı - VİDEO

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

End of content

No more pages to load

RADİO