Ermənistanla sərhədin sıfır nöqtəsindən SON GÖRÜNTÜLƏR: 30 ildən sonra... - VİDEO

Qazax rayonunun işğaldan azad edilmiş Xeyrimli kəndindən ilk görüntülər yayılıb. Sərhədlərin dəqiqləşdirilməsi nəticəsində Azərbaycanın nəzarətinə keçən kənddə illərdir tərk edilmiş evlərin qalıqları və dağıntılarla dolu mənzərə müşahidə olunur.

Bizim.Media AzTV-yə istinadən xəbər verir ki, Xeyrimli kəndi Qazax rayon mərkəzindən 24 kilometr məsafədə yerləşir.

İşğala qədər burada 44 ev olub, lakin bu gün həmin evlərdən yalnız bir neçəsinin uçmuş divarları qalıb. Kəndin əsas hissəsi delimitasiya nəticəsində Azərbaycanın nəzarətinə qaytarılsa da, bəzi evlərin bir hissəsi hələ də sərhədin digər tərəfində qalır. Bu, vaxtilə qonşuluq prinsipləri ilə yaşayan insanların sonradan üzləşdiyi acı reallığın göstəricisidir.

Hazırda kənddə salamat qalan cəmi bir ev var, lakin ora getmək üçün yol mövcud deyil. 1992-ci il martın 12-də baş verən işğaldan sonra Xeyrimlidə demək olar ki, heç nə salamat qalmayıb. Vaxtilə 220 nəfərin yaşadığı kəndə bu gün ilk dəfə qədəm qoyan sakinlər duyğulu anlar yaşayıblar.

"70 yaşım var, buranın halına baxanda dəhşətə gəlirəm. Prezidentimizə, ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdaram ki, 30 ildən sonra bu torpağa ayağımı basmışam. Bunun adı qayıdışdır", - deyə kənd sakinlərindən biri bildirib.

Xatırladaq ki, Xeyrimli kəndi ərazisindən keçən, vaxtilə İcevan-Noyemberyan adlandırılan yol da delimitasiya zamanı Azərbaycana qaytarılıb. Ermənistan isə öz ərazisindən yeni yol və körpü inşa edərək hərəkəti oraya yönləndirib. Yeni çəkilmiş yol və körpü kəndin yaxınlığında görünür.

Yaxın zamanlarda Xeyrimliyə 81 ailənin, ümumilikdə isə işğaldan azad edilən dörd kəndə 690 ailənin köçürülməsi planlaşdırılır. Bu kəndlərdə aparılacaq bərpa və yenidənqurma işləri ilə sakinlər öz doğma yurdlarına qayıdacaqlar.

Ətraflı süjetdə:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

“Yalançı sahibkar"lara XƏBƏRDARLIQ: Cərimələnəcəksiniz!

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Şuşanın sədası, Ağ Evin əks-sədası

Şuşanın sədası, Ağ Evin əks-sədası

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

“Süleyman Çakır”: “Ölə bilmədim, ölə bilmirəm” – FOTO

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

"Koroğlu"dan "Sea Breeze"ə ekspres marşrutu fəaliyyətə BAŞLAYIR – QİYMƏTİ AÇIQLANDI

İsti havada rahat yatmağın yolları

İsti havada rahat yatmağın yolları

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı –FOTO

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Tıxac üstünə TIXAC – Bakının əsas yollarında təmir niyə pik saatlarda APARILIR?

Samir Şərifova yeni vəzifə VERİLDİ

Samir Şərifova yeni vəzifə VERİLDİ

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

ACI XƏBƏR:Nəriman Həsənzadənin vəziyyəti...

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Bazarlarda bütün ağartı məhsulları etiketlənəcək – FOTO/RƏSMİ

Final təyinatı onu kövrəltdi – Video

Final təyinatı onu kövrəltdi – Video

İsrail parlamenti buraxıldı - VİDEO

İsrail parlamenti buraxıldı - VİDEO

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Abşeronda kuryerə qarşı SOYĞUN – Sifariş etdiyi 4 minlik telefonu alıb qaçdı

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

Təklif etdiyi layihə ölümündən sonra Senatda DƏSTƏK QAZANDI

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

İrlandiyanın yeni səfiri Prezidentin qəbulunda – FOTO

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

Bank kartları ilə bağlı TƏHLÜKƏ – Sərt qadağa TƏTBİQ OLUNACAQ?

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Omanın yeni səfirini qəbul etdi – FOTO

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat ALDILAR

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Avtomobil yolu belə çökdü – ANBAAN VİDEO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

Braziliyanın yeni səfiri İlham Əliyevə etimadnaməsini təqdim etdi – FOTO

End of content

No more pages to load

RADİO