Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.
***22:52
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Bizim.Media