Özünü doğrultmayan BÖLGƏ XƏSTƏXANALARI - Ağır xəstələr niyə Bakıya GƏTİRİLİR?

Bölgələrdə tibbi xidmətin yaxşılaşdırılması istiqamətində gözləntilər hələ də özünü tam doğrultmur. Regionlarda həkim çatışmazlığı, tibbi avadanlıqların yetməzliyi ciddi problemlər yaradır. Yol qəzalarında yaralananlar, zəhərlənib durumu ağırlaşanlar, hətta qrip kimi viruslardan belə səhhəti kritik olanların hamısı müalicə, əməliyyat üçün paytaxta göndərilir. Üstəlik tez-tez region xəstəxanalarından ölüm xəbərlərinin gəlməsi ictimaiyyətdə qorxu yaradıb.

Təbii ki, bu hal, həmin xəstələrin vaxtında gərəkli və keyfiyyətli tibbi yardım ala bilməməsinə, həm də paytaxtdakı səhiyyə müəssisələrinin yüklənməsinə səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:

Epilepsiya xəstələrinə ƏLİLLİK təyin olunur? – Rəsmi AÇIQLAMA

 

Bölgələrdə tibbi infrastrukturun gücləndirilməsi, ixtisaslı kadr çatışmazlığının azaldılması, texniki təminatın yaxşılaşdırılması hər gün bir az daha ciddi zərurətə çevrilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Müşfiq Məmmədli bildirib ki, sözügedən məsələ xeyli vaxtdır ki, diqqət mərkəzindədir:

“Bu məsələ Milli Məclisin Səhiyyə Komitəsinin iclaslarında dəfələrlə qaldırılıb.  Həm də komitəni təmsil edən deputatlar tərəfindən başqa iclaslarda da müzakirə olunub. Müvafiq icra hakimiyyəti orqanları, əsasən də TƏBİB-in tabeliyində olan müəssisələrlə məsələnin həlli yolları müzakirə olunub və bir neçə təklif irəli sürülüb”.

Millət vəkili bildirib ki, bu vəziyyətin bir neçə səbəbi var:

“Birincisi, tibb universitetini bitirmiş şəxslərin rezidenturanı xarici ölkələrdə keçməsidir.

Ümumiyyətlə, bütün dünyada həkimə ehtiyac çox olduğuna görə, rezidentura təhsili üçün gedənlər bəzən uyğun şərtlər olanda həmin ölkədə qalıb həkimlik fəaliyyəti ilə məşğul olurlar. Bu da istər-istəməz sonrakı müddət ərzində həkim sayının azalmasına gətirib çıxarır.

İkinci səbəb odur ki, həkimlər özəl sektorda işləməyə üstünlük verirlər. Özəl sektor müəssisələri də daha çox Bakıda və Abşeron yarımadasında cəmləşib. Həm əhalinin sayı, həm də pasiyentlərin müraciəti ərazilərdə daha çoxdur, ona görə də həkimlərimiz özəl sektorda işləməyə üstünlük verirlər.

Üçüncü səbəb isə sovet dövründən işləyən insanların artıq pensiya yaşına çatması və öz istəklərinə görə işdən ayrılmalarıdır. Bu da həkim azlığının yaranmasına daha bir səbəbdir”.

Deputat qeyd edib ki, problemin bir neçə həll yolu var:

“Rezidenturanı burda bitirən və bölgələrə gedən həkimlərə maddi stimul vermək və daha çox şərait yaratmaq lazımdır. İkincisi adminstrativ metoddur, rezidenturanı bitirən şəxslərin qarşısına bölgələrdə işləmək şərti qoyulsun. Düzü, mən bunun effekt verəcəyinə o qədər də inanmıram. Bu metodlarla müəyyən keçici nəticə əldə etmək olar, amma həmin problem sonra yenidən fərqli formada cəmiyyətin və dövlətin qarşısına çıxacaq. Ona görə də mən birinci metoda üstünlük verilməsinin tərəfdarıyam.

Tibbi avadanlıq məsələsinə gəlincə, burada səhiyyə planlaması çox önəmlidir. TƏBİB-in tabeliyində olan müəssisələrin, regionlardakı publik hüquqi şəxslərin rəhbərləri o planlamanı doğru etməlidir. Çünki icbari tibbi sığorta üçün kifayət qədər büdcə var və onun təbiqindən sonra - son iki il ərzində vəsait və təminat baxımından maddi artım kifayət qədər yüksəkdir. TƏBİB də tabeliyindəki müəssisələrə yetərli qədər vəsait ayırır. Ona görə də bölgələr üçün hansı tibbi avadanlıq vacibdirsə, o yöndə planlanma doğru aparılmalıdır.

Regionlardakı müəssisələr publik hüquqi şəxs olduğuna görə, onlar planlanmanı elə aparmalıdırlar ki, burda başqa suallara yer qalmasın”.

Müşfiq Məmmədli gənclərin tibb təhsili üçün Azərbaycandan kənara getməmələri üçün də addımlar atıldığını deyib:

“Tədris Terapevtik Klinika Tibb Universitetinindir, bunu bilirsiniz. O cümlədən, Tədris Cərrahiyyə Klinikasına da artıq icbari tibbi sığorta ilə birbaşa müraciətlər həyata keçirilir. Bir də Bakı Sağlamlıq Mərkəzi də Seçenov Universitetinin filialının tələbələri üçün baza müəssisəsi rolunu oynayır.

Burda da xəstələrin birbaşa müraciəti üçün bütün maneələr aradan qaldırılıb. Vətəndaşlar icbari tibbi sığorta ilə heç yerə müraciət etmədən birbaşa həmin klinikalara üz tuta bilir. Bu da artıq müraciətlərin sayını artırır. Üstəlik də, həmin klinikalar ən müasir avadanlıqla təchiz olunub”.

Deputat bildirib ki, bütün bunlarla yanaşı, Qarabağ Universitetində tibb fakultəsinin olması da çox önəmlidir:

“Onun bazasında Qarabağ və ətraf bölgədə yaşayanların müalicə-müayinələri həyata keçiriləcək. Eləcə də, elmi araşdırmanın aparılması üçün də mühit olacaq. Hazırda orda böyük işlər görülür, kafedralar qurulur, bu da həmin addımlardan biridir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

End of content

No more pages to load

RADİO