Attestasiyadan kəsilən müəllim 7 il əvvəl rəhmətə gedən direktoru sağ bilirmiş...

Bugünlərdə Mədəniyyət Nazirliyinin keçirdiyi müəllimlərin attestasiyası prosesindən uyğun nəticəsi olmayan müəllimlərin müsahibələri, fikirləri geniş tirajlanır.

Bəziləri deyir ki, bəs Mədəniyyət Nazirliyinin əsas məqsədi müəllimləri kəsməmək deyildi?

Niyə 1760 müəllimin 492-si uyğun hesab olunmadı?

Bizim.Media xəbər verir ki, Attestasiya komissiyasnın sədri, Bakı Musiqi Akademiyasının professoru, fortepiano kafedrasının dekanı Nəzakət Rimazi deyir ki, əslində müəllimlərə güzəşt edilib.

"Əgər attestasiya zamanı biz müəllimlərə verilən suallarda, onların ifası ilə bağlı tapşırıqlarda güzəştə getməsəydik, ən azı uyğun olmayan müəllimlərin faizi indiki kimi -25-26 faiz deyil, 56-60 faiz olard", - o qeyd edib.

Attestasiya komissiyasının üzvü, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin müəllimi Muxtar Abseynov isə qeyd edir ki, əgər onun iştirak etdiyi komissiyanın niyyəti müəllimləri kəsmək olsaydı, hər üç müəllimdən ikisi bu imtahanda keçməməli idi: "Təəssüflə deməliyəm ki, biz bir çox hallarda müəllimlərin attestasiyadan keçməsi üçün onlara güzəşt edərək, daha asan suallar verir və əsərlərin səsləndirilməsini təklif edirdik".

Bu təxminən 50 nəfərlik komissiya üzvünün ancaq ikisinin rəyidir. Bəs, niyə musiqi məktəblərinin müəllimlərinin nəticələri ürəkaçan deyil? Gəlin səbəbləri araşdıraq.

Bu gün ölkəmizdə Naxçıvan Muxtar Respublikası istisna olmaqla 211 musiqi, incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təxminən 57 min nəfər şagird təhsil alır. 57 min şagirdə 13 min müəllim dərs keçir. Bunlar təkcə statistika deyil, həm də dərindən aparılan araşdırmanın təsbit etdiyi mifdir! Bəli məhz mif!
 

Əgər həqiqəti bilsək, bu məktəblərdə oxuyan uşaqların ən yaxşı halda 60%-i dərslərə gəlir, digər qalanı isə ancaq 5 ildən sonra şəhadətnamə alanda məktəbdə peyda olur. Bundan isə həm müəllim xoşbəxtdir, həm də məktəb direktoru...


Hər bir uşağa isə dövlətimiz nə az, nə çox 3700 azn pul xərcləyir. Bu orta məktəbdə oxuyan şagirdə düşən xərcdən təxminən 2 dəfə çoxdur. Təsəvvür edin, əgər bir musiqi məktəbində 300 uşaq təhsil alırsa və bunun 180 nəfəri demək olar ki, dərsə ancaq 1-ci il və bir də 5-ci və ya 7-ci ilin sonunda gəlirsə bu nə deməkdir? Bu təxminən hər il 600 min manat dövlət pulunun boşa xərclənməsidir. Yer gəlmişkən, keçilməyən dərs, həm də dərs keçməyən müəllim deməkdir.

Attestasiyanın “qəhrəmanı”, gəncəli müəllim Günay xanımın dediyi keçməyən müəllimlərin “çörəkpulu” məsələsi isə bir çox hallarda alın təri ilə qazanılan halal qazanc deyil, faktiki mövcud olmayan dərslərin aylıq “məvacibləridir”. Bu vəziyyətdən həm müəllim, həm də musiqi məktəbinin direktoru da qazanır. Məsələn, 24 saat (2 stavka) dərs deyən müəllimin orta aylıq əməkhaqqı 850 AZN-dir.

Attestasiyadan keçməyən müəllimlərin 50 faizdən çoxunun dərs saatı 2 stavkadan çoxdur.

Başqa bir fakt. Ötən il Gədəbəyin Zəhmətkənd musiqi məktəbində aparılan yoxlama zamanı, cəmi 200 nəfər “şagirdi” olan bu məktəbdə korrupsiyanın miqdarı 1 milyon manata yaxın idi. Deməli, keçilməyən dərs, korrupsiya ilə qazanılan milyonlar, məktəbə gəlməyən uşaq və müəllim, uduzan musiqi təhsilimiz, mədəniyyət... Sosial medianın klik qəhrəmanları isə insanlara yalanı qışıqıraraq, pafosla elə söyləyirlər ki, bəzən adamları inandıra bilirlər.
 

Başqa bir fakt. Bu yaxınlarda attestasiyadan keçməyən müəllimlərin şikayətlərini araşdırarkən çox unikal bir fakt üzə çıxdı. Deməli, attestasiyadan kəsilən müəllim, Mədəniyyət Nazirliyinə məktəb direktorundan şikayət yazıb.


Şikayətdə bildirir ki, filankəs direktor onun əmək müqaviləsinə xitam verib və sair. Maraqlısı budur ki, həmin direktor 2018-ci ildə, yəni 7 il əvvəl rəhmətə gedib. Buradan aydın olur ki, şikayətçi müəllim 2018-ci ildə vəfat etmiş direktorundan hələ də xəbəri yoxdur.

Burada yekunlaşdıraraq, növbəti anonsu veririk...

Musiqi məktəblərində “Borsunlu keysi”... (Modern Təhlil və Araşdırma Qrupu)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO