Azərbaycanda niyə Hepatologiya mərkəzi yoxdur? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bir sıra ağır xəstəliklərin müalicəsi üçün xüsusi mrkəzlər var. Bu mərkəzlər şəkərli diabet, vərəm və digər xəstəliklər üçün ixtisaslaşıb. Amma nədənsə bu günə qədər ölkəmizdə hepatologiya mərkəzi yaradılmayıb.

Halbuki, qaraciyər xəstəliklərindən əziyyət çəkənlərin sayı kifayət qədər çoxdur.

Hepotologiya mərkəzinin yaradılmasının səbəbləri
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT: Xərçənglə mübarizə üçün yeni üsul KƏŞF EDİLDİ


Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, son vaxtlar Azərbaycanda hepatologiya sahəsində ayrıca mərkəzin yaradılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir:

“Şəxsən mən bu yanaşma ilə tam razı deyiləm. Çünki hepatoloji xəstəliklərin idarə olunması üçün ayrıca inzibati bina və struktur yaratmaq mütləq deyil.

Əsas məsələ, bu sahədə xidmət göstərən həkimlərin vahid protokollarla işləməsi, diaqnostika və müalicənin sistemli şəkildə qurulmasıdır. İstənilən geniş profilli xəstəxana daxilində, mövcud resurslar əsasında hepatologiya bölməsinin yaradılması mümkündür. Yetər ki, koordinasiya effektiv şəkildə qurulsun və pasiyent məlumatlarının idarə olunması üçün güclü elektron məlumat bazası fəaliyyət göstərsin.

Bu yanaşma, bir tərəfdən xərc baxımından daha qənaətlidir, digər tərəfdən isə mövcud tibbi infrastrukturu daha məqsədyönlü istifadə etməyə imkan yaradır. Əlavə olaraq, sahələrarası inteqrasiyanın təşkili hepatologiyanın təkcə müstəqil sahə kimi deyil, digər ixtisaslarla qarşılıqlı əməkdaşlıq şəraitində inkişafına da şərait yaradar.

Yəni vacib olan ayrıca mərkəz qurmaq yox, hepatologiya xidmətlərinin keyfiyyətini və koordinasiyasını gücləndirməkdir”.

Hepotologiya mərkəzi yaradıla bilərmi?

Bu sualla Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq Bizim.Media-ya bildirilib ki, hepatologiya (qaraciyər xəstəlikləri üzrə ixtisas) infeksion xəstəliklər, qastroenterologiya və terapiyanın bir hissəsi kimi qəbul olunur:

“Hazırda hepatoloji xəstəliklər ümumi qastroenterologiya və ya somatika şöbələri, həmiçinin infeksion xəstəliklər şöbəsində uğurla müalicə olunur. Azərbaycanda qaraciyər xəstəliklərinin səviyyəsi nisbətən aşağı olduğu üçün ayrıca mərkəz yaradılmasının zəruriliyi azdır. Gələcəkdə ehtiyac olarsa bu məsələyə baxıla bilər”.

Məlumat üçün qeyd edək ki, hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olaraq qaraciyər, mədəaltı vəz və öd kisə-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicəsi və profilaktika yollarını öyrənir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO