Zaqatalada 44 yaşlı qadını maşın vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Zaqatala şəhərinin Heydər Əliyev prospektində baş verib.
Zaqatala şəhər sakini, 47 yaşlı Elgün İmanov idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə yolu keçən piyadanı, 44 yaşlı Vəfa Mustafayevanı vurub.
Qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb və o, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.
Piyadanın vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media. Şimal-Qərb bürosu