Gəncədə qida zəhərlənməsi faktı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə 6 nəfər ürəkbulanma, qusma diaqnozu ilə həkimə müraciət ediblər.
Belə ki, 70 yaşlı M.İslamova, 17 yaşlı T.Cəfərova, 22 yaşlı N.Qədimova, 49 yaşlı S.İslamova, 27 yaşlı F.Abbasova və 29 yaşlı R.Qədimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin ehtimala görə, onlar tortdan zəhərləniblər.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu