Bu məşhur corablar ayaqlara çox ZƏRƏR VERİR

Narahat ayaqqabılar dabanlarda qabar, bel ağrıları və pis əhval-ruhiyyəyə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, amma zərərsiz görünən bir neçə cüt corab da ayaq sağlamlığına ciddi zərər verə bilər.

Evdən çıxarkən hansı corabları geyinməmək lazımdır?

Corablar vacib funksiyalar yerinə yetirir: dərini sürtünmədən qoruyur, rütubət və temperaturun tənzimlənməsinə kömək edir, bəzən isə lazımi kompressiya və ya dəstək təmin edir. Amma düzgün seçilmədikdə, bu üstünlüklərin hamısı mənasını itirir və xoşagəlməz nəticələrə səbəb olur.

Təhlükəli rəng və material

Düşünə bilərsiniz: klassik qara corabda nə problem ola bilər? Məlum olur ki, tünd rəngli boyalar təkcə dəri və dırnaqlarda iz qoymaqla qalmır, həm də həssas insanlarda kontakt dermatiti və ya allergik reaksiyalar yarada bilər. Əgər tünd rəngdən imtina edə bilmirsinizsə, bu cür corabları ilk geyinmədən əvvəl mütləq yuyun.

Qara corabların hava keçirmə qabiliyyəti də adətən zəif olur. Tünd parçanın xırda hissəcikləri dırnaq altına yığıla bilər, bu isə göbələk infeksiyalarının inkişafı üçün əlverişli mühit yaradır. Parçanın tərkibi də az əhəmiyyət daşımır, xüsusən də onun nəmişliyi xaric etmə qabiliyyəti. Nəmlik uzun müddət qalarsa, bu birbaşa olaraq ayaq və dırnaq göbələyinə aparır. Yayılmış fikirə baxmayaraq, təbii pambıq corab üçün ən yaxşı seçim deyil – çünki o, tər əmici xüsusiyyətə malik olsa da, bu nəmişliyi xaric edə bilmir və dərinin nəm qalmasına səbəb olur.
Mütəxəssislər tövsiyə edirlər: corab seçərkən tərkibində müəyyən faizdə keyfiyyətli sintetik liflər (məsələn, polyester, neylon) olan modellərə üstünlük verin. Bu liflər nəmişliyi dəridən uzaqlaşdırmağa kömək edir. Optimal nisbət isə şəxsi tərləmə səviyyəsi və rahatlığa əsasən fərdi seçilməlidir.

Dar və ya çox böyük corablardan uzaq durun

Corablar da ayaqqabılar kimi ideal oturmalıdır. Əgər çox boşdurlarsa, ayaqqabının içində yığılıb sürtünmə yaradır, bu da qabar və su toplayan yaralarla nəticələnir. Əgər çox dardırsa, ayağı sıxaraq qan dövranını pozur. Bu, kompressiya corablarının faydalı təsiri ilə qarışdırılmamalıdır – onların təzyiq prinsipi fərqlidir. Podoloqlar məsləhət görürlər: corab ayağın formasına yaxşı oturmalıdır, xüsusən tağ (svod) hissəsində.

Topuq hissəsi sizin topuğunuzla tam üst-üstə düşməlidir. Ayaq nə “oynamalı”, nə də sıxılmamalıdır. Hətta ayrı-ayrı sağ və sol ayaq üçün anatomik corablar da var.

Təzə geyinilməmiş corablar və idman ayaqqabısına çılpaq ayaqla girmək

“Corab təmiz görünür” deyə bir neçə dəfə üst-üstə geyinmək çox zərərlidir. Bu, dəri qıcıqlanmasına və bakteriya və tərin yığılması səbəbindən göbələk infeksiyasına səbəb ola bilər. Qayda sadədir: bir gün – bir cüt təmiz corab. Əgər ayaqlarınız çox tərləyirsə və ya gün ərzində çirklənibsə – daha tez-tez dəyişmək lazımdır. Ayaqqabını həftədə heç olmasa bir dəfə antifungal sprey ilə içəridən emal etmək faydalı vərdişdir.

Sonda isə mütəxəssislər qətiyyətlə bildirirlər: idman ayaqqabısı və ya başqa bağlanan ayaqqabını çılpaq ayağa geyinməyin. Dəri ilə ayaqqabının iç səthi arasında qoruyucu baryer – corab olmalıdır. Əgər corabların ayaqqabıdan görünməsi sizi narahat edirsə, qısa model olan “iz qoymayan” corablara üstünlük verin. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO