“Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Zaqatala xidmət sahəsində yerləşən ”Xaldan” qazpaylayıcı stansiyasından (QPS) qidalanan əhali daşıyıcı qaz kəmərinin Əkşəm kəndi ərazisində kanal üzərindən keçən d-219 mm-lik polad boruda yaranmış sızma aradan qaldırılacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə “Xaldan” ölçü qovşağından daxildən (kollektorun çıxışından), aprelin 11-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatınin (21 kənd olmaqla 5 791 abonent) dayandırılması planlaşdırılır.
Bizim.Media