Bakıda Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan Anar Nəcəfovun idarə etdiyi 77-UY-524 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil idarəetməni itirərək 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər Yol Polisi İdarəsindən məlumat verilib.
Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media