Martın 2-də keçirilmiş buraxılış imtahanın iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.
Qeyd edək ki, 9 mart 2025-ci ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftənin sonunadək elan olunması nəzərdə tutulur.
Ən yüksək nəticə göstərən şagirdlərin siyahısını təqdim edirik:

Bizim.Media