Pomidor daha da BAHALAŞACAQ

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-fevralında Azərbaycandan 26 milyon 722 min dollar dəyərində 22 min 739 ton pomidor ixrac olunub.

Beləliklə pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11% azalıb, miqdar ifadəsilə isə 5% artıb.2024-cü ilin eyni ayında Azərbaycandan 30 milyon 2 min dollar dəyərində 21 724 ton pomidor ixrac olunmuşdu.

Beləliklə pomidor ixracında əsaslı səngimə yaranıb. Eyni zamanda ölkə daxilində pomidor istehsalı da azalıb. Məhz bu səbəbdən pomidorun daxili bazarda qiyməti xeyli bahalaşıb. Hazırda marketlərdə pomidorun bir kiloqramı 5 manata təklif olunur. Bu da ötən ilin dövrü ilə müqayisədə 2 manat bahadır.

Bəs, pomidor ixracındakı durğunluq və bazarlarda qiymətin kəskin bahalaşmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-nın apardığı apraşdırmalardan aydın olub ki, başlıca səbəb istixanaların azalmasıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda digər tərəvəzlərlə yanaşı 224,9 min ton pomidor yetişdirilib.

Ümumilkdə isə ötən il ölkədə istixanaların sayı 191 ədəd azalıb. Halbuki 2023-cü ildə ölkədə 3228 vahid istixana fəaliyyət göstərirdi.

İstixanaların sayının azalmasına səbəb kimi xərclər və xarici bazarda rəqabətin yüksəlməsi göstərilir. Məsələn, bizim sahibkarlar ənənəvi Rusiya bazarında Türkmənistan təhlükəsi ilə üzləşiblər. Bu ölkədən gətirilən ucuz pomidor Azərbaycan məhsuluna marağı azaldıb. Təsadüfi deyil ki, bu ilin 2 ayında fermerlərimiz məhsullarını ötən ilin eyni dövrü ilə müqayisədə Rusiya bazarında 11% ucuz satıb.

Amma ixracın səngiməsi və daxili bazarda qiymətlərin bahalaşmasının əsas səbəbi istixanaların azalmasıdır.

İstixanalar niyə azalır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, 2018-ci ilə qədər istixanaların sayı günbəgün artırdı:

“Lakin 2019-cu ildən başlayaraq istixanalara qarşı basqılar başlandı. Qaz, işıq və su sayğaclarının dəyişdirilməsi adı ilə istixanaların işinə müdaxilələr edildi. Nəticədə ölkənin şimal və qərb rayonlarında çox sayda istixana qazsız, işıqsız və susuz qaldığı üçün məhv oldu.

Bunun ardınca Rusiyaya daşınma xərcləri artdı. Logistikadakı yeni qiymətlər kiçik və orta sahibkarlara böyük zərbə oldu. Beləcə xeyli sayda sahibkar bazardan çıxdı. Daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi anoloqu olmayan bir qərar verdi.

Anoloqsuz qərara əsasən ixracatçı fermerlər AQTA-dan sertifikat almaq məcburiyyətində qaldı. Bu sertifikatı olmayan fermerlər mal ixrac edə bilməz. Halbuki belə sənədi idxalçı tərəf tələb edir. Bu və digər sadaladığımız səbəblər xırda və orta istixanaları sıradan çıxartdı. Nəticədə istixana sahəsində inhisarçılıq yarandı. Məhz bu səbəbdən daxili bazarda qiymətlər kəskin bahalaşıb. Belə bahaçılıq şəraitində isə istehsalçılar xarici bazara o qədər də maraq göstərmir”.

Müsahibimiz qeyd edir ki, qapalı istixanaların mövsümü başa çatır:

“Belə bir vaxtda məhsul bol, qiymət ucuz olmalıdır. Amma istehsalın azlığı  inhisarçılara imkan verir ki, daxili bazara istədikləri qiyməti diqtə etsinlər. Ona görə də pomidorun yaxın zamanda kəskin ucuzlaşması gözlənilmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızı Əkbər Əlizadəni sevindirdi

Qızı Əkbər Əlizadəni sevindirdi

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? – Pxisoloqdan maraqlı açıqlama

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

“Beşiktaş” ərəblərin təklifini qəbul etmədi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Mətanət İsgəndərli plastik əməliyyat etdirdi

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Bakıda ağac avtomobilin üzərinə aşdı - VİDEO

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Fransa XİN Rusiyanı kiberhücumlarda İTTİHAM ETDİ

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

Şotlandiyada ana 3 aylıq körpəsini fenlə yandıraraq öldürüb

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın ÇSKA ilə oyunlarının vaxtı açıqlandı

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İran Hörmüz boğazında neft tankerinə hücum etdi - VİDEO

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

İnsanları ilk baxışdan tanıyan 5 BÜRC

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Hər səhər dondurma yeməyin FAYDALARI

Hər səhər dondurma yeməyin FAYDALARI

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

“Şəfa”-“İmişli” matçında qol vurulmadı

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

İranın zərbələrindən sonra Küveytdə yanğınlar başladı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

Qadın güləşçimiz reytinq turnirində bürünc medal qazandı

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

ABŞ İsrailə onlarla tanker təyyarəsi göndərəcək – “Axios”

İlqar Əkbərov vəfat etdi

İlqar Əkbərov vəfat etdi

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

İran vətəndaşları işığa qənaət etməyə ÇAĞIRDI

Bu legioner “Sumqayıt”ı tərk etdi

Bu legioner “Sumqayıt”ı tərk etdi

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

Əməkdar artist hovuzdan görüntülərini paylaşdı – VİDEO

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

Babək rayonunda “Hyundai”lar toqquşdu: Xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO