“Doğum evlərində körpələrdə süni qidalardan asılılıq yaradırlar” – SENSASİON İDDİA

“10 il əvvəl uşaqların ana südü ilə qidalanması 44 faiz idi. Bu göstərici ilə biz hələ o zaman Avropadan geri qalırdıq. Ötən ay Beynəlxalq Uşaq Fondunun Bakıda keçirdiyi bir tədbirdə qeyd edildi ki, Azərbaycanda körpələrin yalnız 28 faizi ana südü ilə qidalanır. Bu da o deməkdir ki, körpələrin böyük hissəsi süni qidalarla bəslənilir. Bu isə həm körpə qidalarının bahalaşmasına, həm də keyfiyyətsiz məhsulların bazara girməsinə səbəb olur”.

Bunu süni uşaq qidalarıyla bağlı Bizim.Media-ya danışarəkən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O təəssüflə bildirib ki, körpə qidaları doğum evlərinə də yol tapıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda körpə ölümləri niyə ARTIB? – SƏBƏBLƏR


“Halbuki mövcud qanunvericiliyə görə pediatrların süni qida distribyutorlarla əlaqəsi qadağan edilir. AİİB-yə daxil olan məlumatlara görə təbii doğuşla dünyaya gələn uşaqlara doğum evlərində süni qida verirlər. Beləcə ilk gündən körpələrdə süni qidalardan asılılıq yaradılır.

Beynəlxalq kodeksə görə  doğulduqdan az sonra  körpə ananın sinəsi üstünə qoyulmalıdır. Bu da həm körpəni ana südünə öyrəşdirir, həm də anada süd ifrazını gücləndirir.

Çox təəssüf ki, doğum evlərinin çoxunda süni qida distribyutorının guşələri yaradılıb.

Baxmayaraq ki, pediatrların çoxu və baş həkimlər qida distribyutorı ilə əməkdaşlığı inkar edirlər. Lakin həm aparılan müşahidələr, həm də rəsmi statistika göstərir ki, doğum evlərində süni qida geniş təşviq olunur”.

“Süni qida yalnız bu halda tövsiyyə oluna bilər”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan pediatr Vaqif Qarayevin sözlərinə görə, uzun illərdir ki, ana südünün xeyri barədə danışılır:

“Paradoksal haldır ki, bu qədər deyilənlərin müqabilində süni qidalardan istifadə edən anaların sayı son zamanlar 5 dəfə artıb. Təbii ki, tələb artdıqca təklif də bahalaşacaq. Bəzi hallarda, anada südü olmadıqda süni uşaq qidası tövsiyə oluna bilər. Bu isə çox nadir hallarda olur. Bu məsələdə anaların da günahı var. Analar özləri uşaqlarını öz südləri ilə qidalandırmalıdırlar".

Bəs, ana südünün hansı faydaları var?

Pediatr bu suala belə cavab verdi:

“Körpə doğulan ilkin saatlarda onu ananın sinəsi üstünə qoyurlar. Çünki “ağız südü” deyilən bir süd var. O südün tərkibi körpə üçün kifayət qədər faydalıdır. Həmin südün tərkibindəki inqrediyentlər immunitet üçün anadan uşağa keçir.

Bu körpədə xəstəliklərə qarşı müqavimət yaradır.Ona görə də o süd çox mühümdür. Analara tövsiyyəm odur ki, onlara süni qidanı tərifləyən tibb personalını qovsunlar, onları eşitməsinlər. Övladınızı sevirsinizsə, onu südünüzdən məhrum etməyin”.

Vaqif Qarayev bildirib ki, sistemli şəkildə olmasa da, tibb müəssisələrində süni qida təbliğ olunur:

“Bəlkə elə ona görədir ki, doğum evindən çıxan ananın məndən ilk soruşduğu bu olur ki, “həkim, hansı süni qidadan istifadə edim?”

Soruşuram ki, “südün var?” Deyir ki, “var”. Deyirəm ki, “bəs, niyə süni qida vermək istəyirsən?” Qəribə cavab alıram: “Hamı verir, ona görə…” Bu “hamı” məsələsi bizi bəlaya salıb. Kimsə çıxıb sosial şəbəkədə süni qidanı təbliğ edir. Ona baxanlar da həkimi yox, sosial şəbəkədə deyilənləri eşidir. 

Bir daha deyirəm ki, ana südünün körpənin fiziki və psixoloji inküşafında mühüm rolu var. Ana südü körpələrdə xəstəliklərə qarşı müqaviməti artırır. Ana südünün körpənin mədə-bağırsağının normal işləməsində mühüm rolu var. Bu təbiətin qanunudur. Uşaq doğulanda yalnız ana süd ilə qidalanmalıdır. 


İlk hamiləlikdə bəzi analarda süd azlığı müşahidə olunur. Bundan qorxmaq lazım deyil. Belə hallarda tez-tez körpəni əmizdirmək lazımdır ki, həm anaya çoxlu süd gəlsin, həm də uşaq sağlam qidalansın. Süni qidalardan qaçmaq lazımdır. Bu təkcə iqtisadi yox, həm də fizioloji itkidir. Ana südü əmməyən uşaqlar xəstəliklərə qarşı müqavimətsiz olur”.

Səsləndirilən iddialarlarla bağlı TƏBİB-ə sorğu göndərdik.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - AÇIQLAMA

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

“Chanel”in sandaletləri şoka saldı - Qiyməti inanılmazdır - FOTO

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Dünyada bir İLK: Həşəratlara hüquq verildi, artıq məhkəməyə müraciət edə bilərlər

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Reuters: ABŞ Qəzzadakı missiyasını BAĞLAYIR

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

Evdə DARÇIN yandıranlar nəticəyə inana bilmirlər

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

ABŞ Hörmüz boğazında 45 gəmini geri qaytarıb

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

Rüsumları qaldıran Trampa Avropa İttifaqından CAVAB

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

SEPAH: Körfəzdə yeni idarəetmə sistemi qurulacaq

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

İranda Xameneyinin şəkli yandırıldı - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Partlayışda xəsarət alan həkim dostundan DANIŞDI - VİDEO

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Arzu və Alena Əliyeva filmin təqdimatında... - FOTOLAR

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

Mopedlə vatomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

SON DƏQİQƏ: Trampdan BƏYANAT: İrana qarşı müharibə BAŞA ÇATDI

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Qənirə Ataşova oğlunu evdən qovub - VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Bakıda dəhşətli qəza: Xanım sürücü piyadanı vuraraq öldürdü – VİDEO

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Ağdamdakı qəzada xəsarət alanların DURUMU açıqlandı

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bu dəfə uğurlarının sirrindən ONLAR danışdılar - FOTO

Bayraməli Bayramov vəfat etdi

Bayraməli Bayramov vəfat etdi

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

Lavrovla Əraqçi danışdı: Ən çox bu məsələni müzakirə etdilər

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

SON DƏQİQƏ: İranda SEPAH üzvləri ölüb

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsan hansı yaşda ən xoşbəxt olur?

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Naib Əlizadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO