Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

İKT üzrə ekspert Osman Gündüz bəzi hallarda ölkədən çıxışa “stop” qoyulmasını öncədən öyrənməyin mümkün olmaması ilə bağlı problemə toxunub.

Bizim.Media xəbər verir ki, O.Gündüz barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Ekspert qeyd edib ki, mövcud qanunvericiliyə görə 10-dan çox qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər:
 

“Yəni vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ bu dövlət qurumlarının qərarı ilə məhdudlaşdırıla bilir. Bunlar Ədliyyə Nazirliyi, DİN, FHN, DVX, Baş Prokurorluq, DSX, DTX, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, DGK, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidmətidir.


“Stop” məsələsi həmişə “incə” məsələ olub, diqqət mərkəzində olub və ictimai əhəmiyyət kəsb edib. Xatırlayıram ki, Milli Məclisin İnsan hüquqları komitəsinin ötən il keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında Ombudsmanın 2024-cü il üzrə məruzəsində də “stop” məsələsi öz əksini tapmışdı.

Məruzədə bildirilirdi ki, ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur.

Bununla da onun hüquqları məhdudlaşdırılmış olurdu. Amma hələ də bu problem öz həllini tapmayıb.

Bu tip məlumatları adətən öncədən əldə etmək çox çətin olur. Kimsə xaricə getmək üçün hava limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki, onun ölkədən çıxışına “stop” qoyulub.

Yalnız spesifik bir-iki məqamla bağlı “stop” məsələsi haqqında öncədən məlumatı öyrənmək mümkündür. DİN və Ədliyyə Nazirliyi bununla bağlı faydalı rəqəmsal imkanlar yaradıblar. DİN-in “e-polis” mobil tətbiqində “axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər” haqqında məlumatları, Ədliyyə Nazirliyin e-xidmətlər bölməsindən də “borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması” haqqında məlumatı anında əldə etmək olar.
 

Digər hallarda tətbiq edilən “stop” qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək mümkün deyil. Yəni, tutaq ki, DGK, yaxud FHN-in hansısa vətəndaşa tətbiq etdiyi “stop” qadağasını öncədən öyrənmək imkanları yoxdur”.


O. Gündüzün sözlərinə görə,  “myGov” portalı üzərindən də belə bir ictimai əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi imkanlarının yaradılması məntiqli və doğru olardı:

“Öncə İRİA əlaqəli qurumlarla, Ədliyyə Nazirliyi və DİN ilə birlikdə vətəndaşın artıq rəqəmsal formada olan mövcud “stop” məlumatlarını “myGov”dakı şəxsi kabinetinə inteqrasiya etməsi faydalı olardı.
 

Eyni zamanda, İRİA “stop” qoymaq səlahiyyəti olan digər əlaqəli qurumlarla birlikdə bu məlumatların da “myGov”dan əldə edilməsi imkanlarını nəzərdən keçirməsi doğru olardı.


Adətən, “stop” qadağası İAMAS sistemi vasitəsilə reallaşdırılır. Yaxşı olardı ki, İRİA əlaqəli qurumlarla birlikdə bu tip məlumatların dərhal “myGov”a yönləndirilməsi ilə bağlı qanunvericiliyə təkliflər hazırlasın. Əlbəttə, bəzi hallarda öncədən belə bir məlumatın verilməsi məntiqli olmaya bilər. Amma istənilən halda vətəndaşa hava limanında bu məlumat verilirsə, bu məlumatı elə onun “myGov”dakı şəxsi kabinetinə də öncədən göndərmək olardı.

Ümid edirəm İRİA və digər əlaqəli qurumlar “stop” qadağasının öncədən öyrənilməsi imkanlarını daha effekiv qura biləcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb

ABŞ-ın strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb

Qurban Qurbanov xaricdən gələn təklifləri rədd etdi

Qurban Qurbanov xaricdən gələn təklifləri rədd etdi

"Kremlin təhdidləri blefdir” - Erməni politoloq

"Kremlin təhdidləri blefdir” - Erməni politoloq

Pyatiqorsk şəhərində kafedə kütləvi zəhərlənmə: 33 zərərçəkən var

Pyatiqorsk şəhərində kafedə kütləvi zəhərlənmə: 33 zərərçəkən var

2026-cı ilin ən sürətli smartfonu məlum oldu

2026-cı ilin ən sürətli smartfonu məlum oldu

Saturnun fırlanma sürətinin sirri açıldı

Saturnun fırlanma sürətinin sirri açıldı

Çin Azərbaycan ərazisi ilə yeni ticarət marşrutu qurur - Rusiyadan YAN KEÇƏCƏK

Çin Azərbaycan ərazisi ilə yeni ticarət marşrutu qurur - Rusiyadan YAN KEÇƏCƏK

Seçkilərə bir həftə qalmış karapetyanlardan rüsvayçı və çirkin OYUN - FOTO

Seçkilərə bir həftə qalmış karapetyanlardan rüsvayçı və çirkin OYUN - FOTO

SON DƏQİQƏ: Gürcüstanda zəlzələ oldu

SON DƏQİQƏ: Gürcüstanda zəlzələ oldu

İran yeraltı raket bazalarına çıxışı bərpa edir

İran yeraltı raket bazalarına çıxışı bərpa edir

Tofiq Musayevin UFC-dəki növbəti rəqibi bəlli oldu

Tofiq Musayevin UFC-dəki növbəti rəqibi bəlli oldu

Argentinanın təbiət incisi: "La Yesera" qoruğu - VİDEO

Argentinanın təbiət incisi: "La Yesera" qoruğu - VİDEO

“Zirə” 5 futbolçu ilə yollarını ayırdı

“Zirə” 5 futbolçu ilə yollarını ayırdı

İçərişəhərdə yeni idman meydançası açıldı - FOTO

İçərişəhərdə yeni idman meydançası açıldı - FOTO

Ankara və Ərbil ABŞ ilə İsrailin "kürd planı"nı necə alt-üst etdi?

Ankara və Ərbil ABŞ ilə İsrailin "kürd planı"nı necə alt-üst etdi?

Ramzan Kadırovun oğluna növbəti medal verildi

Ramzan Kadırovun oğluna növbəti medal verildi

Dövlət Departamentində "beyin axını": ABŞ bir ildə 2000-ə yaxın diplomatını itirdi

Dövlət Departamentində "beyin axını": ABŞ bir ildə 2000-ə yaxın diplomatını itirdi

Tramp ABŞ-ın Türkiyədəki səfirinə daha bir VƏZİFƏ VERDİ

Tramp ABŞ-ın Türkiyədəki səfirinə daha bir VƏZİFƏ VERDİ

Bərdədə yol qəzasında xəsarət alanların SON DURUMU

Bərdədə yol qəzasında xəsarət alanların SON DURUMU

Fransa Bofor qalasının ələ keçirməsi ilə bağlı BMT TŞ-nin təcili iclasını tələb etdi

Fransa Bofor qalasının ələ keçirməsi ilə bağlı BMT TŞ-nin təcili iclasını tələb etdi

İran parlamenti Hörmüz boğazı ilə bağlı qanun qəbul edəcək?

İran parlamenti Hörmüz boğazı ilə bağlı qanun qəbul edəcək?

Robotlar Ukraynadakı müharibəni dəyişir — CNN

Robotlar Ukraynadakı müharibəni dəyişir — CNN

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşdı

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşdı

Mərkəzi Bankın açıqladığı rəqəmlər diqqət çəkdi - VİDEO

Mərkəzi Bankın açıqladığı rəqəmlər diqqət çəkdi - VİDEO

End of content

No more pages to load

RADİO