Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı oldu - FOTO

Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunur. Belə ki, bu gün italiyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis Bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan “Qəlbim sənindir” (“My heart is yours”) əsərinin təqdimatı olub.

Bizim.Media xəbər verir ki, əsər ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilir.

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə çoxlu sərgilərin keçirildiyini, mütəmadi olaraq İtaliya incəsənətinə müraciət edildiyini bildirib.
 

A.Ələkbərov ötən ilin sonunda COP29 çərçivəsində Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisinin təqdimatının keçirildiyini və qonaqların Heydər Əliyev Mərkəzindəki bu sərgini çox bəyəndiklərini qeyd edib, müəllifə, sərginin kuratoruna və ekspozisiyanın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.


Tədbirdə çıxış edən “365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele "Qəlbim sənindir” əsərinin yekun formasının alınmasında müəllifin keçdiyi yolun kifayət qədər uzun olduğunu diqqətə çatdırıb.

Deyib ki, hər hansı bir büllurun formaya salınması üçün onun məhz xüsusi üslubda işlənməsi mütləqdir. Qədim palıd materialı isə 6500 il qədər uzun tarix keçib və əsər üçün istifadə olunub.

Sərginin müəllifi Lorenso Kuinn "Qəlbim sənindir” əsərinin ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini bildirib.

O, əsərlərin insanları birləşdirməkdən, tarixçələri, ölkələri bir araya gətirməkdən ibarət olduğunu vurğulayaraq deyib:

"Mən eşqə, məhəbbətə inanıram. İnsanlar görüşdükdə, onların qəlbləri birləşdikcə, əslində, onlar heç vaxt ayrılmırlar. Bir halda ki, insanlar arasında birləşmə var, o, artıq sarsılmazdır. Qədim palıd materialından hazırlanan "Qəlbim sənindir” əsəri isə daim davam edən münasibətlərin uzun ömrünə dəlalət edir".
 

Bu əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir. Müəllif əsərin ifadəsini gücləndirmək üçün bir-birinə əks materiallardan istifadə edib. Belə ki, möhkəmliyi, gücü, qətiyyəti təcəssüm etdirən palıddan yaradılmış ürəyi olduqca həssas material sayılan Bohem kristalından hazırlanan incə əllər əhatələyib. Lorenso Kuinn daha çox insan əllərinin ifadəli təsvirləri ilə tanınıb, lakin o, ilk dəfədir ki, bunun hazırlanmasında büllurdan istifadə edib.


Hazırda Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin "Təbiətdə tarazlıq” fərdi sərgisi davam edir.

“Qəlbim sənindir” kompozisiyası da bu sərginin davamı olaraq insanlıq və təbiət arasında əlaqə mesajını bir daha Heydər Əliyev Mərkəzindən ötürür.




































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Polis itkin düşən 8 nəfəri TAPDI

Polis itkin düşən 8 nəfəri TAPDI

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Naxçıvanda işıq OLMAYACAQ

Naxçıvanda işıq OLMAYACAQ

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

End of content

No more pages to load

RADİO