Gəncədə xəsarətlə nəticələn yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə Gülüstan qəsəbəsində baş verib.
1992-ci il təvəllüldü E.Hacıyev idarə etdiyi motosikletlə yoldan çıxaraq nəqliyyat vasitəsini aşırıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Gəncədə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu