İcbari tibbi sığorta ilə 235 milyondan artıq tibbi xidmət göstərilib - SON 4 İLDƏ

Əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən bu gün 4 il keçir.

1 aprel 2021-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində 78 milyon 664 mindən çox müraciət üzrə vətəndaşlara 235 milyon 242 mindən çox tibbi xidmət göstərilib.

Bizim.Media xəbər verir ki, tibbi xidmətin 86%-i ambulator şəraitdə, 14%-i isə stasionar şəraitdə göstərilib.

Ən çox müraciət edilən tibbi xidmətlər sırasında ilk yerdə ümumi tibbi baxış, profilaktik müayinələr (18 yaşa qədər), qan dövranı, endokrin, tənəffüs və həzm sisteminin xəstəlikləri ilə bağlı olub. Ən çox icra olunan əməliyyatlar doğuş və ginekoloji proseduralar, sidik cinsiyyət, ürək-damar, oftalmoloji və həzm sistemi xəstəliklərinin cərrahi müalicəsi ilə bağlı olub.

2021-2024-cü illər ərzində icbari tibbi sığorta ilə tibbi xidmət alan pasiyentlərin sayı artan xətlə davam edib. Belə ki 2021-ci illə müqayisədə 2024-cü ildə tibbi xidmət almış pasiyentlərin sayında 29% artım qeydə alınıb.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. 2021-ci ildən etibarən göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıb.
 

2021-2024-cü illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müqaviləli özəl və sahəvi tibb müəssisələrinə 798 milyon 952 min manatdan çox, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə isə göstərilən tibbi xidmətlər müqabilində 1 milyard 553 milyon 291 min manatdan çox məbləğdə ödəniş həyata keçirilib.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hədəfi əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq və uzunmüddətli perspektivdə universal tibbi təminata nail olmaqdır. 4 il əvvəl icbari tibbi sığorta çərçivəsində cəmi 1829 tibbi xidmət təminata alınmışdırsa, hazırda onların sayı 1.8 dəfə artaraq 3315-ə çatıb.

Əvvəlki Xidmətlər Zərfində koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları limitli şəkildə icra olunurdusa, hazırda sözügedən əməliyyatlarla bağlı limitlər aradan qaldırılıb. Bundan başqa yenilənmiş Xidmətlər Zərfində ilk dəfə olaraq qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları təminata alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Polis itkin düşən 8 nəfəri TAPDI

Polis itkin düşən 8 nəfəri TAPDI

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Naxçıvanda işıq OLMAYACAQ

Naxçıvanda işıq OLMAYACAQ

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

End of content

No more pages to load

RADİO