ADU-da Aleksandr Soljenitsına həsr olunan dəyirmi masa...

Sentyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı, Nobel mükafatı laureatı, ictimai və siyasi xadim Aleksandr Soljenitsının anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.xa0Dəyirmi masa ADU-nun “Ruşiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratoriyası (ETL) və Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

xa0

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla A.Soljenitsının rus ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu, onun əsərlərinin bir çox digər ədəbiyyatçılara istiqamət verdiyini söyləyib. A.Soljenitsının əsərlərində daxili köləlik, insanın özü üzərində qələbə qazanmasından söz açıldığını deyən rektor Azərbaycanda çoxsaylı insanların yazıçının həyat və yaradıcılığına geniş bələd olduğunu diqqətə çatdırıb. Bir çox azərbaycanlı ədəbiyyatçıların repressiya qurbanı olduğunu deyən rektor Sovet dövründə ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində azərbaycanlı dramaturq Hüseyn Cavidin nəşinin Azərbaycana gətirildiyini xatırladıb:

xa0

“Bu, o deməkdir ki, insanlar heç zaman qəlbi millətlə döyünən şəxsləri unutmurlar. Aleksandr Soljenitsın o yazıçılardandır ki,xa0xa0bu mərhələdən özü keçib və bütün bunları öz əsərlərində peşəkarlıqla əks etdirib”.

xa0

Rektor K.Abdulla tələbələrin də A.Soljenitsının yaradıcılığına maraq göstərmələrindən məmnunluq duyduğunu söyləyib. Rektor eyni zamanda A.Soljenitsın adına “Doma Russkoqo Zarubejya” təşkilatının müdiri Qalina Tyurinanı universitetdə görməkdən məmnun olduğunu bildirərək, əməkdaşlıq istiqamətində gələcək nailiyyətlərə ümid etdiyini qeyd edib.

xa0

A.Soljenitsın adına “Doma Russkoqo Zarubejya” təşkilatının müdiri Qalina Tyurina ADU-da olmaqdan şərəf duyduğunu söyləyib. Bakıda ilk dəfə olduğunu söyləyən Q.Tyurina şəhərdəki mühitdən və insanlardan xoş hisslər yaşadığını dilə gətirib. O, mədəni mühitin formalaşmasının müsbət hal olduğunu deyib. A.Soljenitsının Sovet dövründə bütün millətlər haqqında yazdığını söyləyən Q.Tyurina yazıçının insanlıq, insanın yaşadığı çətin şərait, yaşadığı hisslər, ağır seçimlərdən bəhs edən məsələləri gündəmə gətirdiyini deyib. Q.Tyurina A.Soljenitsının 95-ci ildönümü münasibəti ilə A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyində keçirilən sərgidə nümayiş olunan kataloqu ADU kitabxanasına hədiyyə edib.

Dəyirmi masada ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov A.Soljenitsının əsərlərinin Azərbaycan dilinə tərcüməsi prosesindən söz açıb, Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə “A.Soljenitsının siyasi baxışları” və Dünya ədəbiyyatı kafedrasının dosenti Rasimə Əsədzadə “A.Soljenitsının ədəbi irsi” mövzularında məruzə ilə çıxış ediblər.

xa0

Daha sonra A.Soljenitsın adına “Doma Russkoqo Zarubejya” şöbəsinin müdiri Qalina Tyurina “Dünyada və Rusiyada A.Soljenitsının 100 illiyi” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə ADU-nun bakalavr, magistrant, doktorantları iştirak edib.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

End of content

No more pages to load

RADİO