19 martdan bu yana İstanbul Böyükşəhər Bələdiyyəsinin istintaqı ilə bağlı keçirilən etirazlarda 1879 şübhəli saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya sosial hesabında paylaşım edib.
“2025-ci il martın 19-dan bu yana keçirilən qanunsuz aksiyalarda indiyədək 1879 şübhəli saxlanılıb. onlardan 260 nəfəri həbs edilib, 468-i üzrə məhkəmə nəzarəti qərarları qəbul edilib. Onlardan 662-si üzrə araşdırmalar davam etdirilir. Onlardan 489-u azadlığa buraxılıb. Küçələrdə terror törətməyə, milli-mənəvi dəyərlərimizə hücum etməyə cəhd edənlərə heç vaxt güzəşt olmayacaq”, – türkiyəli nazir qeyd edib.
Bizim.Media