“Qızına kömək etmək əvəzinə kürəkənə ev, maşın alırlar” – Qalmaqallı AÇIQLAMA

Qeydə alınan qəsdən adam öldürmə cinayətlərinin təqribən yarısı məişət zəminində baş verən zorakılıq halları ilə bağlı olur.

Bunu Milli Məclisdə ailə, qadın və uşaq hüquqları ilə bağlı keçirilən ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, sağlamlığa ağır zərərvurma hallarının hər beşdə biri də ailə münaqişəsi zəminində baş verən faktlardır:

“Bunlar onu göstərir ki, ailə, qadın və uşaq hüquqları sahəsində qanunvericilik təkmilləşdirilməlidir”.

Hər il məişətdə baş verən zorakılıq hallarının sayı artır. 2023-cü ildə Azərbaycanda məişət zorakılığının sayı üç dəfə artıb. Elə həmin ilin statistikasına görə, məișət zorakılığı ilə bağlı olan cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin 27 nəfəri (4,3 faizi) ali təhsilli, 94,5 faizi orta təhsilli, iki nəfəri (0,32 faizi) natamam orta təhsillidir.

Yəni bu fakt da məktəbin hələ cəmiyyətə tələbə yox, normal insan bəxş eləmədiyini xatırladır. Baxmayaraq ki, məişət zorakılığına kompleks yanaşılmalı və mübarizədə hər kəs birləşməlidir. Əslində, hər il məişət zorakılığına qarşı aidiyyəti qurumlar müəyyən tədbirlər gördükləri haqqında hesabat verirlər. Lakin görünən odur ki, bunlar hələ yetərli sayılmır.

Qanundakı boşluq nədən ibarətdir və ya effektiv mübarizə üsulu nədir?

Mövzuya münasibət bildirən “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya deyib ki, müəyyən hallarla bağlı qanunvericilikdə bəzi boşluqlar var:

“Məsələn, qanunun bir qismində qeyd edilir ki, polis münaqişəli tərəflərlə barışığa cəhd göstərmək üçün danışıq apara bilər. Düzdür, faktiki olaraq, indi polislər barışdırdıqdan sonra təhlükənin olması ehtimalı ilə indi bunu eləmirlər.

İkinci problem odur ki, qadınlar son mərhələyə qədər problemlə bağlı müraciət etmirlər. Ən ağır məqamda ya müraciət edirlər, ya da heç müraciət etməyə çatdırmırlar.

Üçüncü hal cəmiyyətdə kişinin qadın üzərində hökmranlığının norma olaraq mövcudluğudur. İstəyərəm sevərəm, istəyərəm döyərəm stereotipi hələ də davam edir. Bu düşüncə sahibi kifayət qədər çoxdur.

Sosial şəbəkələrdən istifadə çox böyük qıcıq doğurur. Təəssüf ki, tətərflər öz aralarında kifayət qədər şəffaf deyillər, həm qadınlar, həm də kişilər sosial şəbəkədən istifadə etdiklərini gizlədirlər”.

O bildirib ki, kiminsə ailəsini dağıtmaqdan həzz alan adamlar var:

“Bəzən sosial şəbəkədə kiminsə fotosunu götürürlər, ona mesaj yazırlar. Bu da söz-söhbətə, cinayətə səbəb olur. Adamlar hüquq qarşısında məsuliyyəti dərk etmirlər. Özünün ailə problemləri var, özünün yaşam tərzində ola bilsin ki, natamamlıq var. Kiminsə ailəsində iğtişaş yaratmaqdan həzz alır.

Problem təkcə bunlar deyil. Məcburi nikahlar, məcburi qaydalar var ki, valideynlər qızlarına dəstək vermirlər. Zorakılıq öz dinamikasını artırır, amma qarşı tərəfdən heç bir dəstək yoxdur. Təcrübədə müşahidə eləmişəm ki, o qızlar ki ailə tərəfindən dəstəklənir, həmin ailədə də o qıza münasibət eyni olur. Ailə öz qızına münasibəti necə qurursa, qarşı tərəf də psixoloji olaraq eyni münasibəti göstərir.  Bu o demək deyil ki, hansısa kürəkəni yedizdirmək, ona ev almaq, onu saxlamaq və s . lazımdır.  Əslində bu ən yanlışıdır ki, onu tətbiq edirlər. Qızına kömək eləmək əvəzinə kürəkənə ev, maşın alırlar ki, ailəsi yaxşı olsun”.

Birlik sədri qadınların zorakılıqla bağlı gec müraciət etdiklərini və xidmət mərkəzlərinin az təbliğ olunduğunu da vurğulayıb:

“Bunun üçün qaynar xətt geniş yayılmalıdır, qadınlar mürcaiət etməkdən çəkinməməlidirlər. Xidmət mərkəzləri haqqında dayanmadan məlumat verilməlidir. Amma biz hələ də televiziyalarda bunu görmürük. Televiziyalarda məişət, ailə məsələləri müzakirə olunur, amma həmin proqramın titrində bir dənə xidmət mərkəzi haqqında məlumat verilmir. Ailmenti tələb edən qadına qarşı şiddət göstərmə, onu təqib etmək halları olur. Təəssüf ki, əksər hallarda öldürülmə faktları qadın xəyanətləri adı altında təqdim edilir. Qadın xəyanəti adı altında cəzadan qaçmağa çalışmaq da köhnədən qalma bir şeydir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

İranda dollar kəskin BAHALAŞDI

İranda dollar kəskin BAHALAŞDI

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Övladı Xoşqədəmi sevindirdi – FOTO

End of content

No more pages to load

RADİO