Ana olan 13 yaşlı qızın ailəsi həbs edilməlidir - Rayon deputatından sərt REAKSİYA

Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi barədə xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.

Bizim.Media xəbər verir ki, nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.

Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada bildirilib ki, Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb. Qız öz valideynlərinin himayəsinə təhvil verilib.

Hadisə mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Bizim.Media hadisə ilə bağlı Ağcabədi rayonun deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin fikirlərini öyrənib.

Millət vəkili qeyd edib ki, ona hadisə ilə bağlı birbaşa müraciət olunmayıb. Bu haqda müvafiq qurumlar aidiyyatı üzrə işlər görəcək. Hadisə araşdırılacaq və günahkarlar kimlərsə, sözsüz ki, cəzalandırılmalıdır.

"Bu kimi hallar qətiyyən xoşagələn deyil və qanuna ziddir. 13 yaşlı birinin ailə həyatı qurması, ata və ananın səhlənkarlığı və dövlətə xəyanəti hesab edirəm. 13 yaşlı biri ailə sahibi ola bilməz, dünyaya gətirdiyi uşaq da normal olmaz. O qız təhsil almalı, oxumalı, dünya görüşü formalaşmalı idi. Digər tərəfdən həmin qızla evlənən adam da xəyanətkardır. Onun şəxsi məsuliyyəti yoxdur, mənim nəzərimdə həmin adam cinayətkardır. Hüququn ali olduğu, təbliğatların aparıldığı belə bir dövrdə bu cür işlər görən birini heç cür müdafiə etmək düzgün deyil. 13 yaşlı qızın özünə qayğı, diqqət lazımdır. O qızın özü elə uşaqdır. Bu cür qızla evlənmək vəhşilik, insanlığa sığmayan hadisədir" - deyə o bildirib.

T. Rzayev vurğulayıb ki, bu cür hallar tək Ağcabədidə baş vermir, digər rayonlarda da oxşar hadisələrin şahidi ola bilərilk: "Bu hamımızın düşünməli olduğu problemdir. Biz bunlara göz yumaraq balalarımızı oda atmış olarıq. Onların həyatı, gələcəyi var. O cəmiyyət içində olmalı, ona fayda verməlidir. Yoxsa gözü açılan kimi qız uşağını ərə vermək onun sağlamlığına ziyandan tutmuş, uzun illər əziyyət çəkəcəyinin göstəricisidir. Çünki həmin qız ana, qadın olmağa, ailə idarə etməyə, uşaq tərbiyə etməyə hazır deyil. Ailənin uşaqdan imtinası, xəbərləri yoxmuş kimi davranmaq ana-atanın məsuliyyətdən qaçmaq üçün etdiyi hərəkətdir, amma onlar ağır məsuliyyətə cəlb olunmalı, həbs edilməlidir".

Deputat Ağcabədidə əvvəllər 16-17 yaşlı qızlar ailə həyatı qurduğunu, lakin ilk dəfədir ki, 13 yaşlı qızın başına belə hadisə gəldiyini də bildirib.

"Cənub zonasında bu kimi hadisələrə daha çox rast gəlinir.13 - 14 yaşında uşaqların hələ şüuru formalaşmayıb. O yaşda qızlar özünü yeni-yeni tanıyır, amma onu qoruyan, yönləndirən ailəsi, ətrafı, məktəbidir. Ola bilər o uşaqdır, amma anası, məktəbi, qohumları uşaqla danışmalı, onu başa salmalıdır. Hər bir insanda bu hisslər oyana bilir. Amma bu regionun deyil bütün Azərbaycanı düşündürməli olduğu problemdir. Biz bir millət, xalqıq. Hər birimiz balalarımızın gələcəyini düşünməliyik"- sonda deputat qeyd edib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

İranda dollar kəskin BAHALAŞDI

İranda dollar kəskin BAHALAŞDI

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Övladı Xoşqədəmi sevindirdi – FOTO

End of content

No more pages to load

RADİO