Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR: Apreldən sonra sevindirici xəbər ALACAQSINIZ

Azərbaycan hökuməti sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırıb. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixində imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında"

Sərəncama əsasən, Nazirlər Kabinetinə üç ay müddətində müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər hazırlamaq tapşırılmışdı. Artıq bu müddət başa çatdığı üçün yaxın aylarda rəsmi qərarların elan ediləcəyi gözlənilir.

Maraqlıdır, bu sahədə hansı artımlar olacaq?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli “News24.az”a açıqlamasında bildirib ki, inflyasiya və hökumətin sosial siyasətinin genişlənməsi sosial müavinət və təqaüdlərin artırılmasını qaçılmaz edir. Onun sözlərinə görə, hökumət bu istiqamətdə ciddi addımlar atmağa hazırlaşır:

"2025-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlər artırılıb və bunun üçün ehtiyatlar nəzərdə tutulub. Hökumətə bu istiqamətdə təkliflərin hazırlanması üçün verilən müddət artıq başa çatıb. Bu isə o deməkdir ki, ilin ikinci rübündə – yəni aprel-iyun ayları ərzində sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı qərarların şahidi olacağıq. Müavinət növlərindən asılı olaraq artımlar təxminən 10-15 faiz arasında dəyişə bilər. Bu, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından vacib addımdır”, – deyə iqtisadçı bildirib.

Xalid Kərimli əlavə edib ki, ölkədə minimum əməkhaqqı 16 faizə qədər artırılıb, yaşayış minimumu isə 5 faizdən bir qədər çox artıb:

"Hökumət inflyasiyanı, həmçinin vətəndaşların alıcılıq qabiliyyətinin zəifləməsini nəzərə alaraq müavinət və təqaüdlərin artırılmasını planlaşdırır. Son 2-3 ildə inflyasiyanın təsirləri xüsusilə həssas təbəqələr üçün daha çox hiss edildiyi üçün, bu artımlar həmin vətəndaşların rifahına müsbət təsir edəcək. Artımların hansı konkret müavinət və təqaüd növlərinə şamil ediləcəyi barədə hələlik rəsmi açıqlama olmasa da, əsasən aşağıdakı kateqoriyalar üzrə gözləntilər var".

Hökumətin bu istiqamətdə hazırladığı təkliflər yaxın günlərdə açıqlanacaq və müavinət artımlarının hansı tarixdən tətbiq ediləcəyi bəlli olacaq. Apreldən sonra bu istiqamətdə qərarların verilməsi və gözləntilərin açıqlanması realdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenidən İranla müharibəyə başlayacaq?

İsrail yenidən İranla müharibəyə başlayacaq?

Diplomat məxfi yazışmaların sızdırılması şübhəsi ilə həbs edildi

Diplomat məxfi yazışmaların sızdırılması şübhəsi ilə həbs edildi

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib - FOTO

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib - FOTO

İngiltərənin tələbi ilə məşhur bloqerlər Mayamidə həbs edildi

İngiltərənin tələbi ilə məşhur bloqerlər Mayamidə həbs edildi

Ağstafada təmizlənən arxların kənarına bəndlər vurulur

Ağstafada təmizlənən arxların kənarına bəndlər vurulur

Aralıq dənizində 13 ildə ilk dəfə Rusiya hərbi gəmisi yoxdur

Aralıq dənizində 13 ildə ilk dəfə Rusiya hərbi gəmisi yoxdur

FAKTİKİ HAVA: Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb

FAKTİKİ HAVA: Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb

Messi azarkeşlərə müraciət etdi - FOTO

Messi azarkeşlərə müraciət etdi - FOTO

Qriqori Karasin: Wildberries-ə edilən hücumun cavabı sərt olacaq

Qriqori Karasin: Wildberries-ə edilən hücumun cavabı sərt olacaq

Ağstafaya sel gəldi - VİDEO

Ağstafaya sel gəldi - VİDEO

Fransa-İngiltərə oyunu tarixə düşdü - 3-cü yer uğrunda ən çox qol vurulan matç

Fransa-İngiltərə oyunu tarixə düşdü - 3-cü yer uğrunda ən çox qol vurulan matç

Ceki Çan Azərbaycana gələcək - VİDEO

Ceki Çan Azərbaycana gələcək - VİDEO

Nyu-Yorkda güclü yağışlar: Küçə və zirzəmiləri su basdı – VİDEO

Nyu-Yorkda güclü yağışlar: Küçə və zirzəmiləri su basdı – VİDEO

Rusiya Ukraynada ABŞ şirkətinə məxsus anbara ZƏRBƏ ENDİRDİ - FOTO

Rusiya Ukraynada ABŞ şirkətinə məxsus anbara ZƏRBƏ ENDİRDİ - FOTO

Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat etdi - FOTO

Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat etdi - FOTO

İran ABŞ-ın çoxsaylı helikopterlərini sıradan çıxarıb

İran ABŞ-ın çoxsaylı helikopterlərini sıradan çıxarıb

Odessada vurulan gəminin kapitanının cənazəsi Lənkəranda torpağa tapşırıldı

Odessada vurulan gəminin kapitanının cənazəsi Lənkəranda torpağa tapşırıldı

“Qazaxıstan prezidenti Putini Paşinyanla barışdıra bilməyib” - İDDİA

“Qazaxıstan prezidenti Putini Paşinyanla barışdıra bilməyib” - İDDİA

Kiyevdə "Lukyanovskaya" metro stansiyası bağlandı - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası bağlandı - VİDEO

Rusiya Ukraynada sərnişin qatarına yenidən dronla zərbə endirdi - FOTO

Rusiya Ukraynada sərnişin qatarına yenidən dronla zərbə endirdi - FOTO

Dünyanın ən gözəl sözü seçildi: Maori dilindən "Kaitiakitanga"

Dünyanın ən gözəl sözü seçildi: Maori dilindən "Kaitiakitanga"

Zelenskidən etiraz aksiyalarına REAKSİYA

Zelenskidən etiraz aksiyalarına REAKSİYA

Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? - VİDEO

Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? - VİDEO

Lukoyl-un nəhəng yanacaq bazası vuruldu - VİDEO

Lukoyl-un nəhəng yanacaq bazası vuruldu - VİDEO

End of content

No more pages to load

RADİO