Quba-Xınalıq yolu qardan təmizlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yolun güclü qar düşmüş ərazilərinə Quba 5 saylı yol istismar idarəsinin texnikası və işçi qüvvəsi cəlb edilib.
Hazırda yolda nəqliyyat vasitələri sərbəst hərəkət edir.
Xatırladaq ki, güclü qar bu gün səhər saatlarında Quba-Xınalıq yolunda avtomobillərin hərəkətini çətinləşdirmişdi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu