Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.
Bizim.Media report-a istinadən xəbər verir ki, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media