Yeniyetmə övlad kobud və aqressiv olarsa NƏ ETMƏLİ - Doğru ünsiyyətin 8 yolu

Çox vaxt yeniyetmələr aqressivlik nümayiş etdirir, qalmaqallar yaradır, dava edir və ailə üzvlərinə qarşı tam biganə yanaşırlar. Bəs bunun səbəbi nədir və belə bir vəziyyətdə uşaqla necə ünsiyyət qurmaq olar?

Bizim.Media xəbər verir ki, uşaq və yeniyetmələrlə işləyən psixoloqlar izah edirlər ki, yeniyetməlik dövrünün əsas vəzifələrindən biri böyükləri mümkün qədər çox incitməkdir. O cümlədən onlar bunu qalmaqallar və etirazlar vasitəsilə edirlər. Bu, həmin dövrə xas olan yaşın təbiəti ilə bağlıdır. Çünki həmin zaman yeniyetmələrdə hormonal səviyyələr həm duyğuları, həm də davranışları idarə edir.
 

Uşaq münaqişələrə və zorakılığa səbəb olduğundan, onun yeniyetmə qrupunda aqressiv davranış nümunəsi inkişaf etdirdiyi qənaətinə gələ bilərik. Və bu, yalnız onların böyüdüyü mühit dəyişdikdə dəyişdirilə bilər.


Psixoloqun qəbulunda davranışa gəlincə - bir dəfə mütəxəssisin kabinetində olanda, demək olar ki, bütün yeniyetmələr özlərini kifayət qədər adekvat aparır, ağıllı düşünür və hər şeyi başa düşürlər - bu da normaldır. Lakin onlar evdə valideynlərinə qarşı eyni anlayışla yanaşmırlar.

Bəs bu davranışa məruz qalan valideynlər nə etməlidirlər?

Yeniyetmə övladı olan valideynlərə psixoloqlar bir sıra məsləhətlər hazırlayıblar.

1. Mütəxəssislər ilk növbədə valideynə övladlarının aqressiyasına münasibəti barədə düşünməyi məsləhət görürlər. Düşünün ki, özünüzdə qəzəb püskürməsi varmı, övladlarınızın bu duyğuları yaşamasına icazə verirsinizmi? Yeniyetmə övladın qəzəbinə səbəb olan vəziyyəti valideyninə rahatlıqla söyləyə biləcəyini və dəstək ala biləcəyini anlaması üçün ona şərait yaratmaq və etibarını qazanmaq vacibdir.

2. Əgər yeniyetmə ilə aranızda münaqişə başlayıbsa, ara vermək lazımdır. Və indi nəyin daha vacib olduğuna qərar verin - təkid etmək və hakimiyyəti qorumaq və ya münasibətləri qorumaq, qayğı göstərmək və onu anlamağa çalışmaq.

3. Həm də valdieynlər bu yaşda özlərini, hisslərini, yaşadıqlarını xatırlamalı, düşünməlidirlər ki, onlar həmin yaş dövründə valideynlərindən hansı münasibəti gözləyirdilər.

4. “Yenə özünü pis aparırsan” kimi ifadələr əvəzinə: “Görürəm ki, sənin üçün çətindir, gəl danışaq” demək daha yaxşıdır. Açıq suallar verməlisiniz: "Özünü necə hiss edirsən?", "Səni əsəbiləşdirən nədir?", "Özünü daha yaxşı hiss etməyin üçün mən nə edə bilərəm?"

5. Siz həmçinin mühüm ailə qaydalarını əks etdirən müqavilə tərtib edə bilərsiniz - məsələn, yad adamların qarşısında kobudluq etməmək. Bundan əvvəl, sizin və onun üçün nəyin qəbuledilməz olduğunu, razılaşmaları pozduğunuzda ədalətli hesab etdiyiniz nəticələri müzakirə edin.

Unutmayın, valideynlər yeniyetmənin razılığı olmadan bəzi tələblər irəli sürəndə onlara əməl etmək çətin olur, çünki bu qaydalar başqa şəxs tərəfindən, müzakirəsiz qoyulur.


6. Həm də natamam ailələrdə böyüyən yeniyetmələrə xüsusilə izah etmək lazımdır ki, ata və ya ananın ailədə onunla yaşamaması, ona olan hisslərini ləğv etmir. Övlad istədiyi zaman onunla yaşamayan valideyni ilə görüşə və əlaqə saxlaya bilməlidir. Ona bu qadağaların qoyulması yolverilməzdir.

7. Yeniyetmə övladınıza “Qəzəb gündəliyi” tutmağı və qıcıq yaradan hər şeyi yazmağı, sonra isə aqressiyaya səbəb olanı təhlil etməyi təklif edə bilərsiniz.

8. Övladınızla yaxınlıq və isti ünsiyyət anlarında, aqressiya nümayiş etdirdiyi zaman onun necə hiss etdiyi, ona yönəldiyi insanın nə hiss etdiyi barədə danışmağı təklif etməlisiniz. Bunu mühakimə etmək deyil, vəziyyəti başa düşmək istəyi ilə etmək vacibdir. Yəni, hisslərini qəbul etməklə və əməlindən peşman olacağına və dərhal üzr istəyəcəyinə ümid etmədən.

Unutmayın, məqsədiniz övladınızın müqavimətini “sındırmaq” deyil, hətta özünü pis aparanda belə, qəbul olunduğunu hiss etməsinə kömək etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan ordusunun hərbçisi ölüb

Çevik iş vaxtının detallarını AÇIQLADI - VİDEO

Çevik iş vaxtının detallarını AÇIQLADI - VİDEO

End of content

No more pages to load

RADİO