Unudulan adətlər, soyuqlaşan münasibətlər... – Novruzu niyə əvvəlki kimi QEYD ETMİRİK?

Novruz təbiətin, yaranışın insanlığa, bəşəriyyətə çox incə bir mesajıdır. Gecəni gündüzə tay eləyib bərabərləşdirdiyi kimi insanları da birgə, həmrəy olmağa çağırır.

Yenilənib gülü, ağacı pöhrə verən təbiət insanın da könlündə xoş niyyət, yaxşı məram göyərtməyə can atır.

Yəqin zamanında el şənlikləri keçirmək, bir süfrə arxasına toplaşmaq, halay çəkmək ənənəsi də təbiətlə insanın iç-içə olmasından, harmoniyasından yaranıb.

Qaynayıb-qarışmaq, birgə olmaq, bütövləşmək əsrlərlə yaşı olan Novruzun əsas qayəsinə çevrilib. Pay aparmaqdan, tonqal qırağına toplaşmaqdan "Yallı"ya, qurşaqatdıya qədər...

Amma ənənələr insanlara, onu yaşadanlara bağlıdır. İnsanlar bir-birinə soyuduqca adətlər də yadlaşır, unudulur.

İndi az adam tapılar ki, qonşuyla baş-başa verib bayram şirniyyatı bişirsin. Evində çatmayan üçün yan qapını döysün. Axşam tonqalların başına uşağı yox, özü düşsün. Torba atanın, qulaq falına çıxanın üzünə qapı açsın...

İndi bayrama mənəvidən daha çox maddi hazırlığı önəmsəyən bizləri dəyişdirən, yadlaşdıran nədir?

Niyə “Bayramların qabaqkı dadı qalmayıb” deyə -deyə ənənələrimizi virtualdan izləyirik? Gələnəkləri kənddə qoyub gəlməyimiz, şəhərli olmağımız? Güzaran qayğısının bayram ovqatımızı üstələməsi, yoxsa mədəniyyətlərin qloballaşması?

Bəlkə də hamının bütün bunlardan yorulub təkliyə çəkilmək istəməsi.

Yorğun, informasiya və fiziki yükü çiyninə ağırlıq edən insan hay-küylü mühitdən qaçır. Fərdiləşməyə, tənhalaşmağa can atır, sakitliyi öz dünyasına, daxili hücrəsinə çəkilməkdə görürür.

Əslində, özünə çəkilmə, mənəvi yalnızlaşmanın özü də təkamülün bir yoludur, deyirlər.

Bəlkə də indi məhz buna ehtiyac var.

Dünyanın süni intellektin, texnologiya nəhənglərinin ovucuna buraxıldığı bu məqamda insanın özüylə üz-üzə, baş-başa qalması, özünü sorğulaması daha doğrudur.
 

Dəyərlərin aşındığı, fərdiləşmənin artdığı, qaçhaqovlu bu dönəmdə insanlığın nəfəs dərməsi, dünyanın hara getdiyini saf-çürük eləməsi, kapital dünyasının, istehlak cəmiyyətinin girovuna çevrildiyinin fərqinə varması, gecə-gündüz yalnız güzəran üçün çalışmasının onu öz mahiyyətindən uzaqlaşdırdığını anlamasına ehtiyac var.


Yalnız bundan sonra insanların dünyanın nicatının həmrəylikdə, birgəlikdə, bayramlaşmaqda olduğuna yenidən əmin olacaq. Əmin olacaq ki, hər bahar təbiətlə birgə insanın da yenilənməsidir. Və biz Novruzla birgə təbiətin oyanışını, yazın gəlişini yox, həm də yenilənən insanlığı qutlayırıq.

Özümüzü, ruhumuzu yeniləmək, dəyərlərimizi yaşatmaq diləyi ilə bayramınız mübarək!

Rəna Cumaqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan ordusunun hərbçisi ölüb

Çevik iş vaxtının detallarını AÇIQLADI - VİDEO

Çevik iş vaxtının detallarını AÇIQLADI - VİDEO

End of content

No more pages to load

RADİO