Gəncədə həkimlər xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas edə bilməyiblər.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabeliyində olan Uşaq Xəstəxanasına şəhər sakini, 2018-ci il təvəllüdlü Ə. A. ağır vəziyyətdə daxil olub.
Ona göstərilən tibbi yardımlara baxmayaraq azyaşlı dünyasını dəyişib. Məlumata görə, 7 yaşlı Ə.A. serebral iflic xəstəliyindən əziyyət çəkirmiş. Uşaq ölümü ilə bağlı araşdırmalar aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu