Model Aytən Muradovanın bədəni çürüyür - FOTO

30 yaşlı model Aytən Muradova plastik cərrah Saleh Əsgərlinin etdiyi liposaksiya əməliyyatından sonra bədəninin çürüdüyünü iddia edir.

Bizim.Media xəbər verir ki, bu barədə "Teleqraf"a danışan model hazırda bədənindəki yara izləri səbəbindən işləyə bilmədiyini bildirib:

"Ötən il noyabrın 8-də əməliyyat olundum, ayın 10-u isə xəstəxanadan çıxdım. Dost-tanışlarımın əksəriyyətinin bədən şəkilləndirmə əməliyyatı etdiklərinə görə bilirəm ki, ağrı 3-4 gündən sonra azalır. Mən isə iki ay yarım ayağa qalxa bilmədim. Əməliyyatdan sonra bədənimdə əmələ gələn ləkələrin səbəbini həkimdən soruşdum, o, bunun korsetdən qaynaqlandığını dedi. Halbuki yalan danışırdı. Həkimlə bağlı əlimdə kifayət qədər material var. Onun əməliyyat etdiyi digər xəstələr də mənə yazıblar.

Anam rəhmətə gedəndən sonra depressiyaya düşdüm, kökəldim. Heç cür arıqlaya bilmirdim. Ona görə, bədən şəkilləndirmə əməliyyatı etdirməyə qərar verdim. Həkimi əvvəlcədən araşdırmamışdım, səhifəsinə baxdım ki, möhtəşəm şəkillər paylaşılıb. Düşündüm, cavan həkimdir, daha müasir, incə edər. Həkimin haqqına girmək istəmirəm, həqiqətən belim incəlib. Amma lənət olsun belə incəlməyə ki, bədənim bu vəziyyətdədir.

Bu vaxtacan model kimi fəaliyyət göstərirdim, amma bədənimin bu vəziyyətinə görə indi işimi davam etdirə bilmirəm. Bədənimdə ləkələr var, çürümə verib. Həkimə demişdim ki, bədənim pis vəziyyətdədir, şəkilləri bütün sosial şəbəkələrdə yayacağam. Onda mənə dedi ki, gəl sənin pulunu qaytarım, get müalicə al. Başqa həkimin yanına getdim və 2800 manat ödədim. Bədənimi sildirdim, ancaq ondan da xeyir görmədim. Dedilər, xeyri olmayacaq, çünki dəri çürüməyə gedir, piy qatının hamısı çəkilib. Burun əməliyyatı keçirən adamam, niyə ondan şikayət etmirəm? 2011-ci ildə 638 balla İncəsənət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşam. Mən heç kimi şantaj etmirəm, haqqımı tələb edirəm".

Aytən Muradova həkim Saleh Ələsgərlinin lisenziyasının olmadığını da deyir:

"Saleh həkimlə danışıqlarımın səsyazısı məndə var. O mənə demişdi ki, başqa həkimə müraciət etməyim, hər şey düzələcək. Saleh Ələsgərli hazırda hamıya "işləmirəm" deyir, ancaq gizli şəkildə yenə də fəaliyyətini davam etdirir. Əməliyyatdan sonra hər gün bədənimin şəkillərini çəkmişəm. Vəziyyətimi düzəltmək üçün getdiyim iki həkim məni qəbul etmədi. Dedilər, belə həkimin xəstəsi bizə lazım deyil. İkinci əməliyyat üçün məndən Bakıda 12 min 500 manat , Moskvada isə 18 min dollar istəyirlər. Amma onlar da bədənimdəki izlərin qalacağını deyirlər. Rəsmi qaydada şikayətimi bildirmişəm".


İddialarla bağlı adıçəkilən plastik cərrah Saleh Ələsgərli açıqlamasında yayılan görüntülərin yeni olmadığını, əməliyyatdan sonra çəkildiyini bildirib:


"Bu, əməliyyatdan sonra ola bilən fəsadlardır. Liposaksiya əməliyyatından sonra bədəndə bu cür ləkələr yaranır. Hər həkimin başına gələ biləcək hadisədir. Əməliyyatdan sonra korreksiya olunmalı idi, amma xanım gəlmədi. Ona korreksiyanın vacib olduğu bildirilsə də, bundan imtina edib. Bu əməliyyat altı ay öncə olunub. Korreksiya olunsa, fəsadları aradan qaldırmaq olar, amma pasiyent bunu istəmir. Ödənişi qaytarmışıq. Əməliyyatın qiyməti 4000 manat olub, amma bizə əlavə xərclərin olduğunu dedi və buna görə, ona 5000 manat verilib". 


Həkimin iddiasına görə, Aytən Muradova əməliyyatın nəticəsindən çox razı olduğunu deyib:


"Mən onun indi əl atdıqlarını düzgün qiymətləndirmirəm. Nə etmək istəyini başa düşmürəm. Təklif etdim ki, hansı həkimə əməliyyat etdirmək istəyirsənsə, mən ödəniş məsələsi ilə bağlı onunla danışacağam. Lakin qəbul etmədi, ondan sonra bildim ki, məni şantaj edir, pul almaq istəyir. Paylaşılan şəkillər əməliyyatdan dərhal sonra çəkilən şəkillərdir. Ona görə, belə kobud görünür. Şəkillər məndə də var, bu qədər deyil.

Zərərçəkmiş şəxs kimi ona ödənişi qaytarılıb. Keloid çapıqlardır, o da korreksiya olana bilir. Sadəcə, pulun rahatlıqla qaytarıldığını görüb, təkrar pul istəyir. Pulu ona insanlıq xətrinə qaytarmışıq. Psixoloji baxımdan həssas biridir, buna görə, bu addımı atmışıq. Amma mənim haqqımda əsassız paylaşımlar edilir. Mən məhkəməyə müraciət edəcəyəm".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Un məmulatları bahalaşa bilər — Açıqlama

Un məmulatları bahalaşa bilər — Açıqlama

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

"Unudulmaq istəyirdim" – VİDEO

"Unudulmaq istəyirdim" – VİDEO

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI

İspaniyada DÇ-2026 çempionlarını POMİDORLA mükafatlandırdılar - VİDEO

İspaniyada DÇ-2026 çempionlarını POMİDORLA mükafatlandırdılar - VİDEO

Bakının bu küçələri 3 saat işıqsız qalacaq

Bakının bu küçələri 3 saat işıqsız qalacaq

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - FOTO

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - FOTO

İran: "ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir"

İran: "ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir"

4 mindən çox əsgərin həlak olduğu çimərlik YUNESKO siyahısına salınır

4 mindən çox əsgərin həlak olduğu çimərlik YUNESKO siyahısına salınır

İrandan ABŞ-yə son xəbərdarlıq: “Münaqişə regiondan kənara çıxacaq”

İrandan ABŞ-yə son xəbərdarlıq: “Münaqişə regiondan kənara çıxacaq”

“Kəpəz” Benito ilə danışıq aparır

“Kəpəz” Benito ilə danışıq aparır

Vəsiqəsi olmayan skuter kirayələyə bilməsin – Maraqlı TƏKLİF

Vəsiqəsi olmayan skuter kirayələyə bilməsin – Maraqlı TƏKLİF

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi – VİDEO

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi – VİDEO

“Neftçi”nin baş məşqçisi: “Məğlubiyyətə görə mən günahkaram"

“Neftçi”nin baş məşqçisi: “Məğlubiyyətə görə mən günahkaram"

Astanada Azərbaycanın sədrliyi ilə mühüm toplantı keçirildi - FOTO

Astanada Azərbaycanın sədrliyi ilə mühüm toplantı keçirildi - FOTO

Maduronun işi üzrə məhkəmə iclasının TARİXİ məlum oldu

Maduronun işi üzrə məhkəmə iclasının TARİXİ məlum oldu

İran 3 ölkəni quru əməliyyatları ilə HƏDƏLƏDİ

İran 3 ölkəni quru əməliyyatları ilə HƏDƏLƏDİ

Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO

Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO

Dünyanın ən populyar bloqeri evləndi - FOTO

Dünyanın ən populyar bloqeri evləndi - FOTO

Qarpız-yemişlə spirtli içki içmək olar?

Qarpız-yemişlə spirtli içki içmək olar?

Samuxda avtomobil hasara çırpıldı: Yaralılar var

Samuxda avtomobil hasara çırpıldı: Yaralılar var

Ukrayna ordusunda yenilik: Cəbhəyə lazer silahları gətirilir

Ukrayna ordusunda yenilik: Cəbhəyə lazer silahları gətirilir

Aybəniz Haşımova 15 kiloqram arıqladı

Aybəniz Haşımova 15 kiloqram arıqladı

End of content

No more pages to load

RADİO