Şeyxülislam Ramazan ayı münasibətilə iftar mərasimi təşkil etdi - FOTO

Martın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.

Bizim.Media xəbər verir ki, əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
 

Ənənəvi iftar mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının fəzilətlərindən danışaraq, Azərbaycanda olan dini tolerantlığa diqqət çəkib, Azərbaycanda dini icmalara dövlət qayğısını, Prezident İlham Əliyevin himayəsini və qayğısını yüksək qiymətləndirib.


A.Paşazadə Prezident İlham Əliyevin müzəffər siyasətinin davamlı uğurlarından, dövlətçiliyimizin mənafeləri, xalqımızın rifahı naminə dəyərli səy və əməllərindən, azad Qarabağda dini-mənəvi irsimizin dirçəldilməsindən bəhs edərək, bu nailiyyətlərin xalqımızın rifahında, dövlətimizin inkişafında, habelə ölkəmizin dünya miqyasında tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Şeyxülislam qeyd edib ki, Azərbaycandakı tolerantlıq modeli bütün dünyaya nümunədir və belə xoş, mehriban mühit demək olar, heç bir yerdə yoxdur.

O, dua edib ki, Allah-Taala bu birliyimizi əlimizdən almasın. Vurğulayıb ki, Azərbaycan dünyada dini və məzhəb ayrı-seçkiliyinə yol verilməyən nadir ölkələrdəndir. Bu, bizim həyat tərzimizdir, təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçımız İlham Əliyevin uğurla davam etdirdiyi müdrik dövlətçilik siyasətinin, din-dövlət münasibətlərinin bəhrəsidir.
 

Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri vurğulayıb ki, 30 illik düşmən işğalında dağıdılmış məscid və kilsələr bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bərpa olunur, dindarların rahat şəkildə istifadəsi üçün hər bir şərait yaradılır.


Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bu amilin bütün dini icmaların fəaliyyətinə dəstək və diqqətdə ifadə edildiyini, dini-mənəvi həyatımızda hökm sürən dinlərarası harmoniyanı gücləndirdiyini bildirib.

Mərasim çıxış edən Milli Məclis sədrinin müavini Əli Əhmədov ölkəmizdəki dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və dünyəvilik prinsipləri əsasında formalaşdığını, dövlətin dini inanclara tolerant yanaşdığını və cəmiyyətin müxtəlif konfessiyalar arasında harmoniyanın qorunmasına önəm verdiyini vurğulayıb.
 

Azərbaycandan fərqli olaraq dünyanın bir çox regionlarında dini dözümsüzlüyün, ayrı-seçkilik və radikalizm hallarının artdığını, bəzi ölkələrdə müxtəlif dini qruplar arasında qarşıdurmalar yaşandığını diqqətə çatdıran Əli Əhmədov bildirib ki, ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu sülh içində birgəyaşayış siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Sonra ölkəmizdəki dini konfessiyaların rəhbərləri çıxış edərək, belə mübarək məqamda qardaşlıq süfrəsi ətrafında bir araya gəlmələrinin Azərbaycanın örnək multikultural həyat reallığı olduğunu xüsusi vurğulayıblar.

Bildirilib ki, Azərbaycanda din nümayəndələrinin mehriban qardaşlıq şəraitində, sülh içində və bir ailənin üzvləri kimi yaşaması bütün dünya üçün bəşəri əhəmiyyət daşıyan dinlərarası qarşılıqlı anlaşma və birgəyaşayış nümunəsidir.
Sonda iftar süfrəsi verilib.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Un məmulatları bahalaşa bilər — Açıqlama

Un məmulatları bahalaşa bilər — Açıqlama

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

"Unudulmaq istəyirdim" – VİDEO

"Unudulmaq istəyirdim" – VİDEO

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI

İspaniyada DÇ-2026 çempionlarını POMİDORLA mükafatlandırdılar - VİDEO

İspaniyada DÇ-2026 çempionlarını POMİDORLA mükafatlandırdılar - VİDEO

Bakının bu küçələri 3 saat işıqsız qalacaq

Bakının bu küçələri 3 saat işıqsız qalacaq

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

23 iyulun ulduz falı — Bu gün tələsik qərarlardan uzaq durmaq lazımdır

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - FOTO

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - FOTO

İran: "ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir"

İran: "ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir"

4 mindən çox əsgərin həlak olduğu çimərlik YUNESKO siyahısına salınır

4 mindən çox əsgərin həlak olduğu çimərlik YUNESKO siyahısına salınır

İrandan ABŞ-yə son xəbərdarlıq: “Münaqişə regiondan kənara çıxacaq”

İrandan ABŞ-yə son xəbərdarlıq: “Münaqişə regiondan kənara çıxacaq”

“Kəpəz” Benito ilə danışıq aparır

“Kəpəz” Benito ilə danışıq aparır

Vəsiqəsi olmayan skuter kirayələyə bilməsin – Maraqlı TƏKLİF

Vəsiqəsi olmayan skuter kirayələyə bilməsin – Maraqlı TƏKLİF

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi – VİDEO

Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi – VİDEO

“Neftçi”nin baş məşqçisi: “Məğlubiyyətə görə mən günahkaram"

“Neftçi”nin baş məşqçisi: “Məğlubiyyətə görə mən günahkaram"

Astanada Azərbaycanın sədrliyi ilə mühüm toplantı keçirildi - FOTO

Astanada Azərbaycanın sədrliyi ilə mühüm toplantı keçirildi - FOTO

Maduronun işi üzrə məhkəmə iclasının TARİXİ məlum oldu

Maduronun işi üzrə məhkəmə iclasının TARİXİ məlum oldu

İran 3 ölkəni quru əməliyyatları ilə HƏDƏLƏDİ

İran 3 ölkəni quru əməliyyatları ilə HƏDƏLƏDİ

Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO

Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO

Dünyanın ən populyar bloqeri evləndi - FOTO

Dünyanın ən populyar bloqeri evləndi - FOTO

Qarpız-yemişlə spirtli içki içmək olar?

Qarpız-yemişlə spirtli içki içmək olar?

Samuxda avtomobil hasara çırpıldı: Yaralılar var

Samuxda avtomobil hasara çırpıldı: Yaralılar var

Ukrayna ordusunda yenilik: Cəbhəyə lazer silahları gətirilir

Ukrayna ordusunda yenilik: Cəbhəyə lazer silahları gətirilir

Aybəniz Haşımova 15 kiloqram arıqladı

Aybəniz Haşımova 15 kiloqram arıqladı

End of content

No more pages to load

RADİO