Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 19-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan Bizim.Media-ya verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media