Təcrübəçiyə maaş verilməlidir?

Son illər müxtəlif vəzifələr üzrə təcrübəçi tələb olunduğu elanlarla çoxu qarşılaşır. Müşahidələr göstərir ki, bilik və bacarıqla bağlı tələblərə görə iş elanlarından çox da fərqlənməyən belə elanlarda qarşı tərəfə əksər hallarda təcrübə keçməsi barədə sertifikat və ya nəqliyyat, qidalanma xərclərinin ödənilməsi vəd edilir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, belə hallarda faktiki olaraq müəssisəyə təcrübəçi kimi cəlb edilən şəxs müəyyən işlərin görülməsinə səfərbər olunur. Başqa sözlə, təcrübəçi olmaq pul almadan işləmək üçün əsasa çevrilir.

Bəs müəssisəyə cəlb edilən təcrübəçiyə əməkhaqqı ödənilməməsi qanunidirmi?

Nazirlər Kabinetinin təsdiq etdiyi “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nda bildirilir ki, təhsilalanla işəgötürən arasında təcrübə dövrü üçün sınaq müddəti müəyyən edilmədən müddətli əmək müqaviləsi bağlanılır. Təhsilalana onun ixtisasına uyğun yerinə yetirdiyi iş və xidmətlərə görə aylıq iş vaxtı norması tam işlənildikdə, işəgötürən tərəfindən minimum aylıq əməkhaqqından (400 manat) az olmamaq şərtilə əməkhaqqı ödənilir.

Təcrübəçinin, həmçinin aşağıda göstərilən hüquqları var:

- İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək;

- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri (xidmətləri) yerinə yetirməkdən imtina etmək, belə işləri (xidmətləri) icra etdikdə isə müvafiq əlavə əməkhaqqının verilməsini tələb etmək;

- Sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən istifadə etmək.

İşəgötürən, onu həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməlidir.

“Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə deyir ki, Nazirlər Kabinetinin sözügedən qərarından irəli gələn tələbləri praktik olaraq tətbiq etmək mümkün olmur.

Hüquqşünas məsələni saytımıza şərh edərkən bildirib ki, bəzi universitetlər vəsait köçürsə də, müəssisələrdə ştatların sayı təhsilalanlarla əmək müqaviləsi bağlanılmasına imkan vermir:

“Büdcə təşkilatlarında bunu etmək çox çətin olur. Xüsusən ştatları Nazirlər Kabineti tərəfindən təsdiq edilən dövlət orqanlarında bunu etmək praktiki baxımdan mümkün olmur. Buna görə də əksər hallarda təcrübəçini qəbul edən müəssisələr onlara ödəniş etməkdən imtina edirlər”.

Müsahibimiz təcrübəçilərə ödəniş edən müəssisələrin də olduğunu desə də, bunun çox az hallarda baş verdiyini qeyd edir. Ancaq bu, o demək deyil ki, təcrübəçiyə əməkhaqqı ödənilməməlidir. Söhbət ondan gedir ki, işəgötürən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməmişdən əvvəl onlarla əmək müqaviləsi bağlamalıdır. Əks təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürən fiziki şəxsdirsə, 1000 manatdan 2000 manatadək, vəzifəli şəxsdirsə 3000 manatdan 5000 manatadək, hüquqi şəxs olduqda isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
 

Təcrübəçi ilə əməkhaqqı ödənilməməsini nəzərdə tutan müqavilə bağlanması da mümkün deyil.


Qanunvericiliyə görə, əmək müqavilələrində əməkhaqqı məbləği minimum əməkhaqqından az olmamalıdır. Bu həddən aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollar dumanlı olacaq

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Muaytay Federasiyası ilə bağlı qərar verildi

Muaytay Federasiyası ilə bağlı qərar verildi

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

Emin nənəsinin mənzilini nümayiş etdirdi - VİDEO

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

İran ABŞ-a SÜLH planı təqdim etdi: "Danışıqlar, yoxsa müharibə..."

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Rus ordusu Xersonu vurdu: ölənlər və yaralılar var - FOTO

Sevgi dolu 4 BÜRC

Sevgi dolu 4 BÜRC

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb - FOTOLAR

"Türk seriallarına həsəd aparıram"

"Türk seriallarına həsəd aparıram"

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

İlon Maskın şirkəti məhkəməyə verildi: buraxılan raketlər evlərə ziyan vurub

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Yaponiyada metro qatarlarının hərəkətində problem yarandı - Zəlzələyə görə...

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Ağdamdan Bakıya uzanan ömür yolu: Əliş İsa oğlu Mustafayevin xatirəsinə…

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü bitdi - FOTOLAR

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Zelenski onlara qarşı da sanksiyalar tətbiq etdi...

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? - VİDEO

İran neft hasilatını azaltmağa başladı

İran neft hasilatını azaltmağa başladı

GENERALA yeni elmi ad verildi

GENERALA yeni elmi ad verildi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

“Sabah” yenə “Abşeron Lions”u məğlub etdi

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

End of content

No more pages to load

RADİO