Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs İFADƏ VERDİ - FOTO

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 18-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə vəsatət verərək iclas protokolları və onlara əlavə edilmiş audioyazı ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edib.

İttiham tərəfi vəsatətə etiraz etməyib.

Hakim Zeynal Ağayev vəsatəti təmin edərək təqsirləndirilən şəxsə və müdafiəçiyə məhkəmə iclas protokolları ilə təkrarən tanış olmaq üçün şərait yaradılacağını bildirib.

Daha sonra iş üzrə zərərçəkmiş şəxslər dindirilib.

Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslər Rahib Fətəliyev, Səxavət Rəcəbov, Fərid Məmmədov, Sənan Mirzəliyev, Samir Məlikov, Ceyhun Xankişiyev, Ələsgər Cəfərov, Səfa Məmmədov, Əliş Şamıyev, Eldar Hüseynov, Elvin Tağıyev və digərləri bildiriblər ki, onlar Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıyıblar, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində – Kəlbəcər və Xocalı rayonlarında hərbi xidmətdə olarkən Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan açılmış atəş, o cümlədən əl qumbaralarının partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.


Dindirmədən sonra zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırıblar.

Sonra martın 11-də keçirilən məhkəmə prosesi zamanı ifadə vermiş zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniya diplomatlarını İrandan geri çağırdı

Britaniya diplomatlarını İrandan geri çağırdı

Naməlum şəxs küçədə Madyarın üzünə tüpürdü

Naməlum şəxs küçədə Madyarın üzünə tüpürdü

Yəmən husiləri Səudiyyə Ərəbistanın iki tankerini vurdu – VİDEO

Yəmən husiləri Səudiyyə Ərəbistanın iki tankerini vurdu – VİDEO

Rusiyada bu qadınlarla evlənmək qadağandır – Qanun

Rusiyada bu qadınlarla evlənmək qadağandır – Qanun

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı

Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Yeni mahnısı müzakirələrə səbəb oldu: Keçmiş həyat yoldaşı danışdı

Yeni mahnısı müzakirələrə səbəb oldu: Keçmiş həyat yoldaşı danışdı

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Sarıcalıdan sonra Ağdamın daha bir kəndində YANĞIN

Sarıcalıdan sonra Ağdamın daha bir kəndində YANĞIN

İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

Avropa Liqası: "Qarabağ" Bolqarıstan komandası ilə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" Bolqarıstan komandası ilə qarşılaşacaq

Bekhemin dünya çempionatından qazancı açıqlandı

Bekhemin dünya çempionatından qazancı açıqlandı

Azərbaycanəsilli şəxs Ukrayna yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanəsilli şəxs Ukrayna yüksək vəzifəyə TƏYİN OLUNDU

Başına 25 milyon qoyulmuşdu, indi taleyi də dəyişib, masası da... - Fotolar

Başına 25 milyon qoyulmuşdu, indi taleyi də dəyişib, masası da... - Fotolar

Argentina Futbol Federasiyasının prezidenti saxlanıldı

Argentina Futbol Federasiyasının prezidenti saxlanıldı

Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur? – VİDEO

Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur? – VİDEO

Rusiya Qara dənizdə Ukraynanın 5 gəmisini vurdu - VİDEO

Rusiya Qara dənizdə Ukraynanın 5 gəmisini vurdu - VİDEO

ABŞ-dan 12-ci HÜCUM DALĞASI – İranın hərbi infrastrukturu belə vuruldu – VİDEO

ABŞ-dan 12-ci HÜCUM DALĞASI – İranın hərbi infrastrukturu belə vuruldu – VİDEO

Ağdamın Sarıcalı kəndində yanğın söndürüldü - VİDEO

Ağdamın Sarıcalı kəndində yanğın söndürüldü - VİDEO

BİZİM TƏQVİM:23 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:23 iyulda baş vermiş tarixi hadisələr

Sizin də saçlarınız qırılır? – Səbəb daxildən qaynaqlanır

Sizin də saçlarınız qırılır? – Səbəb daxildən qaynaqlanır

Un məmulatları bahalaşa bilər — Açıqlama

Un məmulatları bahalaşa bilər — Açıqlama

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

End of content

No more pages to load

RADİO