Bu şəxslərə sosial MÜAVİNƏT VERİLƏCƏK

Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunda əlilliyi olan şəxslərin səhhətinə və ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.
 

Sosial müavinətlərin unifikasiyası ilə əlaqədar olaraq, “Sosial müavinətlər haqqında” qanunda Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilib, yuxarıda qeyd edilən əlillik dərəcəsindən asılı olaraq verilən birdəfəlik kompensasiya isə nəzərdə tutulmayıb.


Əlavə olaraq 2008-ci il sentyabrın 1-dən Prezidentin müvafiq fərmanları ilə Çernobıl AES-də qəzanın nəticələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə aylıq Prezident təqaüdü təsis edilib. Sözügedən şəxslərə Prezident təqaüdü ilə yanaşı müvafiq əmək pensiyası da ödənilir.

Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, bu qəza nəticəsində şüa xəstəliyinə tutulmuş, habelə əlilliyi müəyyən edilmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunurlar.

Həmçinin 7-ci maddənin 1-ci hissəsinin 3-cü bəndinə əsasən qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğvində iştirak etmiş şəxslər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ilk növbədə mənzil sahəsi ilə təmin edilirlər.

Mənzil Məcəlləsinin 51.3-cü maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirildiyi müəyyən edilsə də, qanunda bununla bağlı hər hansı dəyişiklik həyata keçirilməyib.

Beləliklə layihə uyğunsuzluqların aradan qaldırılması, köhnəlmiş normaların yeni qanunvericilik normalarına uyğunlaşdırılmaqla Qanunun təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniya diplomatlarını İrandan geri çağırdı

Britaniya diplomatlarını İrandan geri çağırdı

Naməlum şəxs küçədə Madyarın üzünə tüpürdü

Naməlum şəxs küçədə Madyarın üzünə tüpürdü

Yəmən husiləri Səudiyyə Ərəbistanın iki tankerini vurdu – VİDEO

Yəmən husiləri Səudiyyə Ərəbistanın iki tankerini vurdu – VİDEO

Rusiyada bu qadınlarla evlənmək qadağandır – Qanun

Rusiyada bu qadınlarla evlənmək qadağandır – Qanun

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Həmin sürücüləri 100 manat cərimə gözləyir — Açıqlama

Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı

Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Yeni mahnısı müzakirələrə səbəb oldu: Keçmiş həyat yoldaşı danışdı

Yeni mahnısı müzakirələrə səbəb oldu: Keçmiş həyat yoldaşı danışdı

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Sarıcalıdan sonra Ağdamın daha bir kəndində YANĞIN

Sarıcalıdan sonra Ağdamın daha bir kəndində YANĞIN

İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

İlk dəfə “amansız isti gün” xəbərdarlığı elan etdilər

Avropa Liqası: "Qarabağ" Bolqarıstan komandası ilə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" Bolqarıstan komandası ilə qarşılaşacaq

Bekhemin dünya çempionatından qazancı açıqlandı

Bekhemin dünya çempionatından qazancı açıqlandı

Azərbaycanəsilli şəxs Ukrayna yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanəsilli şəxs Ukrayna yüksək vəzifəyə TƏYİN OLUNDU

Başına 25 milyon qoyulmuşdu, indi taleyi də dəyişib, masası da... - Fotolar

Başına 25 milyon qoyulmuşdu, indi taleyi də dəyişib, masası da... - Fotolar

Argentina Futbol Federasiyasının prezidenti saxlanıldı

Argentina Futbol Federasiyasının prezidenti saxlanıldı

Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur? – VİDEO

Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur? – VİDEO

Rusiya Qara dənizdə Ukraynanın 5 gəmisini vurdu - VİDEO

Rusiya Qara dənizdə Ukraynanın 5 gəmisini vurdu - VİDEO

ABŞ-dan 12-ci HÜCUM DALĞASI – İranın hərbi infrastrukturu belə vuruldu – VİDEO

ABŞ-dan 12-ci HÜCUM DALĞASI – İranın hərbi infrastrukturu belə vuruldu – VİDEO

Ağdamın Sarıcalı kəndində yanğın söndürüldü - VİDEO

Ağdamın Sarıcalı kəndində yanğın söndürüldü - VİDEO

BİZİM TƏQVİM:23 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:23 iyulda baş vermiş tarixi hadisələr

Sizin də saçlarınız qırılır? – Səbəb daxildən qaynaqlanır

Sizin də saçlarınız qırılır? – Səbəb daxildən qaynaqlanır

Un məmulatları bahalaşa bilər — Açıqlama

Un məmulatları bahalaşa bilər — Açıqlama

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

Bu kəndə köçənlərə ev və maaşlı iş VERİLİR

End of content

No more pages to load

RADİO