Fazil Mustafadan "Səni deyirlər"i oynayanlara unikal təklif: "Ayda 10 dollar versələr..."

Güney Azərbaycanda əyləncə azadlığının məhdudlaşdırılması və Urmu gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən "Səni deyirlər" mahnısı ölkəmizdə də geniş rezonans doğurub. Gənclər tərəfindən başladılan bu kampaniyaya ən tanınmış insanlar da qoşulub.

Güneyli gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, həm İran molla rejiminin insanların əyləncə azadlığını məhdudlaşdırmasına üsyan edir, eyni zamanda qurumaqda olan Urmu gölünə dəstək nümayiş etdirirlər.

Millət vəkili Fazil Mustafa güneyli soydaşlarımıza dəstək məqsədilə bu aksiyaya qoşulanlara təklif verib. Millət vəkili bildirib ki, oynamaq əvəzinə Güney Azərbaycanın yeganə televiziya kanalı olan "Günaz Tv"yə hər oynayan şəxs ayda 10 dollar pul keçirsə daha ərdəmli olar:

"Sadə insanlar istənilən formada öz duyğularını və etirazlarını ortaya qoya bilərlər. Toplumun öncül düşüncə adamları isə bu cür keçici emosiyalar əsasında özləri üçün təsəlli ədəbiyyatı formalaşdırmamalıdırlar. Məsələn, azərbaycanlıları birləşdirən ən klassik nümunə "Heydərbabaya salam" əsəridir, bu gün birlik aurası üçün onun qırx il öncəki dəyəri aktualdırmı? Babək qalasına yürüşü nicat yolu olaraq bir vaxt görürdük. İndi nəticə olaraq hansı siyasi təşkilatlanmaya rəvac verdi? Vaxtilə sərhəddən kəsilmiş məftilləri insanlar sevincdən gözlərini soxurdular və hər yan Araz həsrətli şeirlə dolu idi. İndi yenə həmin Araz öz məcrasında axır, ancaq həmin həsrətin şeirlərdə izi-tozu belə yox. İndi imkan verin insanlar oynasınlar, istəyirlərsə bir-birinə sosial şəbəkədə dəstək versinlər, ancaq bunu Azərbaycanın bütövlüyünün rəmzinə çevirmək, ideyanı qeyri-ciddi səviyyəyə gətirməkdir. Oynamaq yox, şeir yazmaq, tarix uydurmaq yox, siyasi təşkilatlanmanın müasir modellərini yaratmaq lazımdır ki, dünya siyasətinin menyüsuna Güney Azərbaycan problemini salmaq mümkün olsun. Oynamaq əvəzinə yeganə televiziya kanalı olan "Günaz Tv"yə hər oynayan şəxs ayda 10 dollar pul keçirsə, daha ərdəmli iş olmazmı? İllərdir bu televiziya faydalı təbliğat işi aparır, təsəvvür edin ki, ona dünyadakı azərbaycanlılar cüzi dəstək versələr, daha yetkin və sağlam hədəfləri olan bir millətə çevrilmək nə çətin işdir? Hamımıza aydındır ki, totalitar dini faşizmin əsarəti altında yaşayan toplumun yüzlərlə problemi var, ancaq xaricə köç etmiş yüz minlərlə təhsilli insan Avropa və ya ABŞ demokratiyasının imkanlarından yararlanaraq axı xaricdə də ciddi siyasi yaxud mədəni təşkilat formalaşdıra bilmirlər. Odur ki, kim istəyir özü istədiyi havaya çalıb-oynasın, ancaq böyük ideyaların üzərində bu cür naşlıqla oynamasın. Bir də 1988-ci ilin mitinqlərinin məşhur aforizmini xatırlamanın sonda bəlkə faydası olardı. Xatırlayıram ki, bir yekəpər oğlan uca səslə meydandakı qələbəliyə "oturmayan, erməni!"deyə qəzəbli çağırış edirdi. Hamı ilə bərabər oturmadığına görə kütlənin hədəfinə çevrilmiş ağsaqqal kişi isə çarəsiz şəkildə izah edirdi ki, vallah mən erməni deyiləm, sadəcə protezlə çöməlib oturmam mümkün deyil. İndi də öz bayağı, zövqsüz hərəkətlərinə dəstək ala bilməyən bəzi vətənşivənlər, fikir plüralizmi prinsipini unudaraq başqalarının vətənsevərliyini şübhə altına salmağa çalışırlar. Kimsə millətin gələcəyini öz duyğuları, yuxuları, fantaziyaları üzərindən şəkilləndirir, kimsə də ağıla, məntiqə uyğun gəlməyən keçici təzahürləri əlinin dalı ilə itələyib məcaraçılıqdan uzaq, düşünülmüş variantlar təklif edir. Mən hər ikisini səmimi, öz millətini sevən insanlar hesab edirəm və kimisə farsa, erməniyə, rusa və yaxud da hansısa itə-qurda işləməkdə ittiham etmirəm. Təki hamı mövzunu düşünsün, yollar arasın, modellər təklif etsin."

Qeyd edək ki,xa0Respublikamızda güneyli soydaşlarımıza dəstək məqsədilə bu aksiyaya qoşulanların sayı durmadan artır. Onlar #senideyirlər həştəqi ilə videolar paylaşaraq həmrəylik nümayiş etdirirlər. Aksiya getdikcə daha çox insanın marağını cəlb etməyə başlayır. Trendə çevrilən bu mədəni etiraz forması artıq dünyanın aparıcı medialarının da diqqətini çəkib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

End of content

No more pages to load

RADİO