Qazaxıstanda Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın – FOTO

Qazaxıstanda istehsal olunan və keçən ilin dekabrında Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin bort bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfinə adlandırılmış zirehli tibbi maşın xaricdəki sülhməramlı fəaliyyət zonasına göndəriləcək.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə zirehli tibbi maşının istehsal olunduğu müəssisəni ziyarət edən Azərbaycanın Qazaxıstandakı hərbi attaşe aparatının nümayəndələrinə müəssisənin texniki direktoru Muxtar Əlmuxanov bildirib.

Müəssisənin mühəndisləri qeyd ediblər ki, bu maşın sülhməramlı missiyalar zamanı tibbi evakuasiya imkanlarını genişləndirmək üçün nəzərdə tutulub.

Layihənin baş mühəndisi Olcazbek Kartqujakov bildirib ki, bu, sülhməramlı fəaliyyət zonasına göndəriləcək ikinci belə nümunədir. Lakin sülhməramlı fəaliyyət zonasına göndəriləcək tibbi avtomobil Hökumə Əliyevanın adının verildiyi ilk maşın olacaq.
 

“İlk nümunə keçən il Qolan təpələrində sülhməramlı missiyanın icrası üçün göndərilmişdi", – deyə o əlavə edib.


Onun sözlərinə görə, maşının konstruksiyasında əsaslı dəyişikliklər edilməyib, lakin Qazaxıstan Müdafiə Nazirliyinin tibb idarəsinin tələbinə uyğun olaraq sanitar avtomobil kimi təkmilləşdirilib.

"Bu, "Arlan" zirehli maşın bazasında hazırlanmış tibbi avtomobildir. Maşının iki konfiqurasiyası mövcuddur: ya altı yüngül yaralını, ya da iki ağır yaralı və üç yüngül yaralını daşıya bilər", – deyə mühəndis məlumat verib. Bildirib ki, bu maşın 8 kiloqram trotil ekvivalentli minanın partlayışına davam gətirə bilir.

Qeyd edək ki, zirehli tibbi maşının Hökumə Əliyevanın şərəfinə adlandırılması təşəbbüsü nəqliyyat vasitəsinin istehsal edildiyi "Kazakhstan Paramount Engineering" şirkətinin təsisçisi Aybek Barısa məxsusdur.

Xatırladaq ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL şirkətinə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Şuşa–Xankəndi yolunda avtomobil dərəyə aşdı - FOTO

Şuşa–Xankəndi yolunda avtomobil dərəyə aşdı - FOTO

Şəmkirdə 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə tapıldı – Xəstəxanada keçindi

Şəmkirdə 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə tapıldı – Xəstəxanada keçindi

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi

Bu 3 bürc üçün yeni dövr başlayır

Bu 3 bürc üçün yeni dövr başlayır

Aşağı intellekt səviyyəsini göstərə bilən 8 davranış açıqlandı

Aşağı intellekt səviyyəsini göstərə bilən 8 davranış açıqlandı

Ağdamda yanan ərazidə minalar partlayır – ANBAAN GÖRÜNTÜLƏR

Ağdamda yanan ərazidə minalar partlayır – ANBAAN GÖRÜNTÜLƏR

"Ramiz dayı"nın məzarını bu hala saldılar — Tanınmış aktyor etiraz etdi

"Ramiz dayı"nın məzarını bu hala saldılar — Tanınmış aktyor etiraz etdi

Tamerlan Qarayev geri çağırılır?

Tamerlan Qarayev geri çağırılır?

Biləcəridəki yanğına görə məhdudiyyət aradan qaldırıldı – Yenilənib

Biləcəridəki yanğına görə məhdudiyyət aradan qaldırıldı – Yenilənib

“Əl-Hilal”ın hücumçusu “Beşiktaş”a keçə bilər

“Əl-Hilal”ın hücumçusu “Beşiktaş”a keçə bilər

Zelenskidən Makronla birlikdə narkotik iddiasına AÇIQLAMA - VİDEO

Zelenskidən Makronla birlikdə narkotik iddiasına AÇIQLAMA - VİDEO

Yevlaxda ədavət qətllə bitdi: "Qardaşıma 18 dəfə atəş açıb" - VİDEO

Yevlaxda ədavət qətllə bitdi: "Qardaşıma 18 dəfə atəş açıb" - VİDEO

End of content

No more pages to load

RADİO