Bakıda avtomobilində döyülən şəxs DANIŞDI: “Arvadına sataşmamışam” - VİDEO

Bakının Binəqədi rayonu ərazisində dörd nəfərin dəyənəklərlə avtomobilə hücum edərək döydüyü şəxsin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, hadisədə zərərçəkən şəxs Miskərov Elnur Vidadi oğludur.

Onun sahibkarlıq fəaliyyəti ilə, əsasən telefon alqı-satqısı ilə məşğul olduğu bildirilir.

Hadisəyə gəlincə, mənbələr bunun qadına sataşmaq üstündə baş verdiyini təsdiqləyirlər. Məlumata görə, davada iştirak edən Natiq Mustafakamalov qadının həyat yoldaşı, Azər Zahidli isə qadının qardaşıdır.

E.Miskərov açıqlamasında hadisə barədə geniş danışmaq istəmədiyini bildirib.

"Deyilənlər hamısı yalandır. Heç bir sataşma olmayıb. Məni səbəbsiz döyüblər və onlara ev dustaqlığı verilib. Məhkəmənin qərarı ilə razı deyiləm. Onların həbs olunmasını tələb edirəm. Digər sullara isə vəkilim cavab verəcək", - Elnur Miskərov söyləyib.

E.Miskərovun vəkili Xaliq Hüseynov isə bildirib ki, hadisənin kökü 2023-cü ilin aprel-may aylarına gedib çıxır:

"Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxs həmin dövrdə sosial şəbəkələrin birində "canlı efir"də olarkən ona mesajlar gəlib. Sonra bu mesajlar onların sosial şəbəkələr üzərindən ünsiyyət qurmasına səbəb olub. Onların ünsiyyəti ay yarıma qədər davam edib. Sonradan məlum olub ki, qarşı tərəfdə yazan xanımdır. Bundan sonra Elnur Miskərov münasibətlərə son qoysa da, qarşı tərəf sonradan müxtəlif sosial şəbəkələr üzərindən mesajlar göndərməyə başlayıb. Amma Elnur buna hər hansı reaksiya verməyib. Daha sonra 2024-cü ilin sonlarında hazırkı iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə başqa adlar altında müraciətlər olunub. Onlar hansısa biznes təklifləri irəli sürüblər və s. Özlərini iş adamı kimi tanıdıblar. Hadisə baş verən gün - fevralın 5-də zərərçəkmişi görüş üçün Masazır gölünün ətrafına dəvət ediblər. Zərərçəkmiş ora gəldikdə təxminən 3 avtomobil onun qarşısını kəsib, biri arxadan, biri öndən, digəri isə yan tərəfdən mühasirəyə alıb.

Zərərçəkmiş çətinliklə də olsa, öz nəqliyyat vasitəsilə hadisə yerindən uzaqlaşarkən onu təqib ediblər, yolda saxlamaq istəyiblər. Zərərçəkmiş də Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib.

Hadisə yerindən uzaqlaşanda zərərçəkən Binəqədi rayonunun - "Mərkəz" adlanan ərazisində tıxaca düşüb. Bu zaman təqib edənlər ona çatıblar və əllərində olan taxta parçaları ilə onu döyüb, ağır xəsarətlər yetiriblər. Həm özünə, həm də nəqliyyat vasitəsinə zərər vurublar, fiziki və mənəvi zorakılıq ediblər".

Vəkil qeyd edib ki, təqsirləndirilən şəxslər ictimai qaydanı kobud şəkildə pozuraq Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədiblər: "Bununla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq davam edir. İstintaq orqanı Binəqədi Rayon Məhkəməsinə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət edib. Lakin məhkəmənin qərarı ilə üç şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılıb. Biz də zərərçəkmiş tərəf olaraq, həmin qərarlardan şikayət versək də, Bakı Apellyasiya Məhkəməsi şikayətlərimizi təmin etmədi".
Qeyd edək ki, bu il fevralın 5-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Onlar barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. A.Zahidli isə sərbəst buraxılıb. (“Teleqraf.az”)

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

"Google"dan yeni funksiya: Hesaba selfi-video ilə daxil olmağa icazə verdi

"Google"dan yeni funksiya: Hesaba selfi-video ilə daxil olmağa icazə verdi

ABŞ Konqresi Trampdan İrana qarşı müharibəni dayandırmağı TƏLƏB ETDİ

ABŞ Konqresi Trampdan İrana qarşı müharibəni dayandırmağı TƏLƏB ETDİ

Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

Aygün Bəylərin bacısı soyadını dəyişdi – VİDEO

Aygün Bəylərin bacısı soyadını dəyişdi – VİDEO

Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Aİ "Yelo Bank"a qarşı sanksiyaları LƏĞV ETDİ

Aİ "Yelo Bank"a qarşı sanksiyaları LƏĞV ETDİ

Cəbrayılda traktor MİNAYA DÜŞDÜ

Cəbrayılda traktor MİNAYA DÜŞDÜ

Paytaxtda skuter sürənlərin yaratdığı TƏHLÜKƏ – VİDEO

Paytaxtda skuter sürənlərin yaratdığı TƏHLÜKƏ – VİDEO

Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Gəncədə avtomobil 13 yaşlı qızı vurdu

Gəncədə avtomobil 13 yaşlı qızı vurdu

Tramp: “İrana kütləvi hücumu nəzərdən keçirirəm”

Tramp: “İrana kütləvi hücumu nəzərdən keçirirəm”

Xankəndidə kafedə yanğın: İki qadın xəsarət aldı

Xankəndidə kafedə yanğın: İki qadın xəsarət aldı

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini TƏSDİQLƏDİ

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini TƏSDİQLƏDİ

Cəbrayılın üç kəndində yanğın başladı - FOTO

Cəbrayılın üç kəndində yanğın başladı - FOTO

Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

Bu bağçalarda aylıq ödəniş 1700 manata qədər yüksəlir – NİYƏ?

Bu bağçalarda aylıq ödəniş 1700 manata qədər yüksəlir – NİYƏ?

End of content

No more pages to load

RADİO