Bayram günlərində qatarla səyahət planlaşdıranların NƏZƏRİNƏ

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ADY-dən Bizim.Media-ya bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Sumqayıt qatarlarının bayram qrafiki AÇIQLANDI


Artan sərnişin tələbatı nəzərə alınaraq, 20-31 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 26 əlavə reys, həmin tarixlərdə Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Belə ki, marşrutlar üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq.

Bayram günlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar ənənəvi qrafiklə də fəaliyyətini davam etdirəcək.

Bu marşrut üzrə təyin olunmuş əlavə sürət qatarı isə hər gün saat 09:15-də Bakıdan Ağstafaya, saat 17:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar da hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə əks istiqamətdə hərəkət edir.

Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayının artırılması nəzərdə tutulub. Belə ki, qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.
 

20-31 mart tarixlərində tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək. Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 1 aprel tarixlərində qatarlar iş günlərinin qrafikinə uyğun hərəkət edəcək.


Bayram günlərində ADY-nin 24/7 fəaliyyət göstərən 1822 - Əlaqə mərkəzi də gücləndirilmiş rejimdə çalışacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

"Google"dan yeni funksiya: Hesaba selfi-video ilə daxil olmağa icazə verdi

"Google"dan yeni funksiya: Hesaba selfi-video ilə daxil olmağa icazə verdi

ABŞ Konqresi Trampdan İrana qarşı müharibəni dayandırmağı TƏLƏB ETDİ

ABŞ Konqresi Trampdan İrana qarşı müharibəni dayandırmağı TƏLƏB ETDİ

Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

Aygün Bəylərin bacısı soyadını dəyişdi – VİDEO

Aygün Bəylərin bacısı soyadını dəyişdi – VİDEO

Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Aİ "Yelo Bank"a qarşı sanksiyaları LƏĞV ETDİ

Aİ "Yelo Bank"a qarşı sanksiyaları LƏĞV ETDİ

Cəbrayılda traktor MİNAYA DÜŞDÜ

Cəbrayılda traktor MİNAYA DÜŞDÜ

Paytaxtda skuter sürənlərin yaratdığı TƏHLÜKƏ – VİDEO

Paytaxtda skuter sürənlərin yaratdığı TƏHLÜKƏ – VİDEO

Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO

Gəncədə avtomobil 13 yaşlı qızı vurdu

Gəncədə avtomobil 13 yaşlı qızı vurdu

Tramp: “İrana kütləvi hücumu nəzərdən keçirirəm”

Tramp: “İrana kütləvi hücumu nəzərdən keçirirəm”

Xankəndidə kafedə yanğın: İki qadın xəsarət aldı

Xankəndidə kafedə yanğın: İki qadın xəsarət aldı

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini TƏSDİQLƏDİ

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini TƏSDİQLƏDİ

Cəbrayılın üç kəndində yanğın başladı - FOTO

Cəbrayılın üç kəndində yanğın başladı - FOTO

Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

Dünya Bankı Venesueladakı zəlzələnin vurduğu MADDİ ZİYANI açıqladı

Bu bağçalarda aylıq ödəniş 1700 manata qədər yüksəlir – NİYƏ?

Bu bağçalarda aylıq ödəniş 1700 manata qədər yüksəlir – NİYƏ?

End of content

No more pages to load

RADİO