Xırdalanda “qaraçı seyid” tutuldu: Dua oxuyub pula bərəkət gətirirmiş...

Xıralanda özünü pula dua oxuyan, pula bərəkət gətirən, Mir Mövsüm Ağa ziyarətgahının işçisi kimi təqdim edərək evlərdən oğurluq edən Şahmurad saxlanılıb. O, özünü seyid kimi təqdim edirmiş.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, 21 yaşlı Şahmurad əvvəlcə Gülbuta Məmmədovanın fərdi yaşayış evinə gedərək özünü seyid kimi təqdim edib.

Cibində olan 1 manatı ev sahibinə verərək pulun ona bərəkət gətirəcəyini deyib. Söhbəti ilə ev sahibinin etibarını qazandıqdan sonra çay içmək və söhbət etmək üçün evə daxil olub.
Şahmurad ev sahibinə pullarının bərəkətlənməsi üçün dua edə biləcəyini deyib. Ev sahibi dolabda olan 2 min manatdan 200 manatını verib ki, həmin pullara dua etsin. Pulları “bərəkətləndirdikdən” sonra yenidən dolaba qoyan ev sahibi qənd gətirmək üçün mətbəxə gedib. Şahmurad bunu fürsət bilərək 2 min manatı götürərək evi tərk edib.

Şahmurad eyni üsulla Xırdalanda başqa bir evdən oğurlamaq istəyərkən saxlanılıb. O, qadının əlində olan pulu alıb qaçan zaman qonşular tərəfindən tutularaq polisə təhvil verilib.

Şahmurad qaraçı olduğunu, avaraçılıq və dilənçilik etdiyini deyib.

“Dilənməklə dolanıram. Xırdalanda piyada gəzərək evlərə yaxınlaşıb nəzir yığırdım. Bir evin qapısını döydüm. Yaşlı qadın qapıya çıxdı. Ona seyid olduğumu, nəzir payladığımı deyib inanması üçün dua oxudum. Həmin qadına 1 manat verib seyid pulu olduğunu, 3 gündən sonra xərcləməsini dedim. Qadından bir stəkan çay istədim. Çay gətirəndən sonra söhbətə tutdum ki, evdə pulu varsa gətirsin. Dua oxuyum ki, bərəkətli olsun. Qadın yataq otağına keçəndə arxasınca baxdım ki, pulu hardan götürdüyünü görüm. Mənə 200 manat verdi. Pulu alıb dua oxudum. Sonra pulu nəzir verməsini dedim. Lakin qadın razı olmadı. Pulu alıb yerinə qoydu.

Çay içmək üçün qənd istədim. Yaşlı qadın qənd gətirməyə gedəndə yataq otağına keçib dolabdakı kağız paketdə olan pulu götürdüm. Çıxanda onda Allah yolunda xırda pulu verməsini istədim. O da 15 manat verdi”, - deyə Şahmurad ifadəsində bildirib.

O, ikinci əməlində iş başında yaxalanıb. Belə ki, Şahmurad Təbərrik adlı qadını da eyni üsulla aldadıb. Seyid olduğunu deyərək evində olan pullara dua oxuması üçün gətirməsini istəyib.

Təbərrik adlı qadından pul alıb dua oxuyub. Bu zaman qadın pulu ona qaytarmayacağını düşünərək qışqırmağa başlayıb. Səsə qonşular gəlib və onu saxlayaraq polisə təhvil verib.

Daha əvvəl də cinayət əməli törədən Şahmurada bu dəfə ağır cəza verilib. Oğurluqda və soyğunçuluqda təqsirləndirilən Şahmurad 5 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" azarkeşlərinə Sofiyada 800 yer ayrıldı - Biletlərin qiyməti AÇIQLANDI

"Qarabağ" azarkeşlərinə Sofiyada 800 yer ayrıldı - Biletlərin qiyməti AÇIQLANDI

Ağdamda yenə yanğın başlayıb

Ağdamda yenə yanğın başlayıb

“Azərbaycan musiqisini bir mahnı ilə dünyaya çıxardım” — Roza

“Azərbaycan musiqisini bir mahnı ilə dünyaya çıxardım” — Roza

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı YENİLİK

Bu tarixlərdə doğulan insanların varlanmaq üçün ən böyük şansı var

Bu tarixlərdə doğulan insanların varlanmaq üçün ən böyük şansı var

Yerli məşhurların “Dream Fest” tərzi - VİDEO

Yerli məşhurların “Dream Fest” tərzi - VİDEO

Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO

Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı

ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

ABŞ generalından Ukraynanın gələcəyi ilə bağlı maraqlı PROQNOZ

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Qubaya istirahətə gedən 29 yaşlı gənc qəfil həyatını itirib

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

Sabah Azərbaycanda 41 dərəcə isti olacaq

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

I və IV qrupların imtahan nəticələri BU TARİXDƏ açıqlanacaq — RƏSMİ

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Zelenski Trampla görüşəcək – Bu TARİXDƏ

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR – AYNA araşdırmalara başladı

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız həyatını itirib

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Siyasi analitikdən XƏBƏRDARLIQ: Dünya "sonsuz müharibələr" dövrünə daxil olur - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Əməkdar artisti ilan sancdı - FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Xaçmazda aptekin qarşısında meyit TAPILIB – ÖZƏL/FOTO

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

Arıqlamağa kömək edə biləcək iki sadə VƏRDİŞ

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

“WhatsApp”a yeni funksiyalar ƏLAVƏ olundu

End of content

No more pages to load

RADİO