Meyvə-tərəvəz əkinində HƏSSAS dövr – Məhsuldarlıq necə olacaq? – FOTO

Fermerlər qarlı-şaxtalı havalardan sonra daha diqqətli olmalıdır.   

Fevral ayının üçüncü ongünlüyündə Şimal-Qərb bölgəsinə yağan qar təbiətə əsl bir məlhəm oldu desək, yanılmarıq. Lakin bundan sonrakı dövr əkinçilik, bağçılıq üçün həssas bir müddət hesab edilir. 

Bir neçə ay davam edən quraq və iqlimə uyğun olmayan isti havaların davam etməsi taxıl, eləcə də meyvəçiliklə məşğul olanlar üçün ciddi narahatlıq yaradırdı. Ölkəmizin ən iri taxılçılıq rayonlarından olan Şəkidə fermerlər ciddi qayğı ilə yaşayırdı.

Bəs qarlı-şaxtalı hava şəraitindən sonra fermerlər hansı aqrotexnika qaydalara əməl etməlidir ki, çəkdikləri əziyyət boşa getməsin?


Quraq və iqlimə uyğun olmayan isti havalar ilk növbədə bölgədə taxılçılıq üzrə təcrübə aparan mütəxəssisləri ciddi narahat edir, apardıqları elmi təcrübələri xeyli çətinləşdirirdi. Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi -Tədqiqat İnstitutu, Şəki Dayaq Məntəqəsinin elmi işçisi Elxan İlyasov Bizim.Media-nın yerli bürosuna bildirib ki, təcrübədən keçirib yetişdirdikləri müxtəlif yerli toxumların belə havada müşahidə və təcrübəsi çətin olduğundan bir qədər gözləməli olublar.

Mütəxəssis bildirir ki, taxıl sahəsindəki qar əridikdən sonra adətən şaxtalı havalar, xüsusən el arasında ayaz gecələr kimi təsnif olunan günlər başlayır. Bu dövrlərdə taxıl sahələrində donmalar ola bilər. Ona görə fermerlər əkinləri diqqətdə saxlamalı, mütəxəssislərlə müşahidələr aparmalı və lazımı kimyəvi preparatlarla ərazilər dərmanlanmalıdır ki, gələcək məhsul məhv olmasın. 

Toxumçuluq üzrə mütəxəssis Emin Yusifov Şəki Dayaq Məntəqəsində xarici ölkələrdən gətirilən toxumların yetişdirilməsi, təcrübədən keçirilməsi, bölgənin iqliminə uyğunlaşdırılması istiqamətində iş aparılmasından bəhs edib:  


“Bizdə burada xarici sortların-Türkiyə və Rusiya toxumlarının təcrübəsi aparılır. Bununla bərabər bizdə bütün sahələr dəmyə üçün nəzərdə tutulub və yetişdirilir. Dəmyə üçün də yetişdirilməsində məqsəd budur ki, Şəki  rayonu respublikamızda ən böyük taxılçılıq rayonlarından birincisidir. Bunun üçün də Şəkidə daha çox dəmyə şəraitində taxıl istehsal olunduğu üçün biz daha çox dəmyə şəraitində əlverişli sortların yetişdirilməsinə çalışırıq” - deyən mütəxəssis fermerləri mütəmadi olaraq sahələri müşahidə nəzarətində saxlamağı tövsiyyə edir. 

Bəs yağan qar və son günlər temperaturun mənfi 5-8, bəzən 10 dərəcəyə kimi enməsi meyvəçilik təsərrüfatlarında hansı fəsadlar yarada bilər?


Bu sualı isə Aqrar elmləri üzrə fəlsəfə doktoru Tələt Mehdiyevə ünvanlayırıq. Alim bildirir ki, qarlı-şaxtalı hava nəinki siçanabənzər gəmiricilərin kütləvi tələf olmasına hətta qəhvəyi-mərmər bağacıqlarının da məhv olması ilə nəticələndi.

Tələt Mehdiyev bağ sahiblərinə şaxtalı günlər başa çatandan sonra zərərli orqanizmlərə qarşı lazımı tədbirlərin həyata keçirməməsinin vacibliyinə diqqəti yönləndirir:

“Birinci növbədə şaxtalı günlər keçib temperatur 10 dərəcəyə çatan ərəfədə bütün meyvə, üzüm bağlarında qış mübarizə tədbiri kimi mineral yağ emosiyalarından istifadə olunmalıdır. Bu tədbir son illər meyvə bağlarında xüsusi əhəmiyyət kəsb edən və meyvə bağlarına əhəmiyyəli dərəcədə zərər verən yastıcalar, məməlilərdir ki, bunların kütləvi məhv olmasına şərait yaradacaq. Eyni zamanda tumurcuq şişənə qədər digər tədbirlər var ki, onların da həyata keçirlməsi bağ sahiblərinə tövsiyə olunur”.


Tələt Mehdiyev onu da əlavə edir ki, qarın yağması, şaxtaların müşahidə olunması fermerləri arxayın salmamalıdır. İstər taxılçılq, istərsə də meyvəçilk təsərrüfatlarında fermerlər bundan sonrakı hava şəraitinə daha hazırlıqlı olmalı və mütəmadi olaraq təsərrüfatı nəzarətdə saxlamalıdırlar. Fermerlər mütəxəssislərlə birlikdə baş verən prosesləri müşahidə etməli və vaxtında lazımı aqrotexniki qulluq həyata keçirilməlidir ki, çəkdikləri əziyyətin bəhrəsini götürə bilsinlər.










QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

“Özü kəfən geyinib aramızdan köçdü...” - FOTO

“Özü kəfən geyinib aramızdan köçdü...” - FOTO

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ermənistanda xərçəngdən ölüm artır

Ermənistanda xərçəngdən ölüm artır

Bakıda tükürpədici OLAY – Ana övladını illərlə zəncirləyib DÖYÜRMÜŞ

Bakıda tükürpədici OLAY – Ana övladını illərlə zəncirləyib DÖYÜRMÜŞ

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?

Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?

İsti yay günlərində dəriyə necə qulluq etməli?

İsti yay günlərində dəriyə necə qulluq etməli?

Uşaqlar kifayət qədər meyvə və tərəvəz yemir - Valideynlər nə etməlidir?

Uşaqlar kifayət qədər meyvə və tərəvəz yemir - Valideynlər nə etməlidir?

Hindistanda etirazçı tələbələr məqsədlərinə çatdı: Təhsil naziri İSTEFA VERDİ - FOTO

Hindistanda etirazçı tələbələr məqsədlərinə çatdı: Təhsil naziri İSTEFA VERDİ - FOTO

Universitetin gənc əməkdaşı vəfat etdi

Universitetin gənc əməkdaşı vəfat etdi

Bu halda iş mütləq dayandırılmalıdır — Nazirlikdən XƏBƏRDARLIQ

Bu halda iş mütləq dayandırılmalıdır — Nazirlikdən XƏBƏRDARLIQ

ABŞ-da qeyri-adi OLAY - Hava limanının tavanından yenot düşüb – VİDEO

ABŞ-da qeyri-adi OLAY - Hava limanının tavanından yenot düşüb – VİDEO

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı – SƏBƏB

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı – SƏBƏB

Prezident İlham Əliyev Milix Yevdayevi təltif edib

Prezident İlham Əliyev Milix Yevdayevi təltif edib

Hökməli qəsəbəsində avtomobil yandı

Hökməli qəsəbəsində avtomobil yandı

End of content

No more pages to load

RADİO