Qalmaqallı açıqlama verən Lalə Babayevanın yerinə TƏYİNAT

“Bakı Metropoliteni” QSC-də Hüquq departamentinin rəisi, Kommersiya departamentinin rəisi və Daxili Nəzarət şöbəsinin rəisi vəzifələrinə yeni təyinatlar olub.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, qurumun Hüquq departamentinin rəisi Babək İsmayılov öz vəzifəsindən azad edilərək həmin departamentin rəis müavini vəzifəsinə təyin olunub.

B.İsmayılovun yerinə Metropolitenin Hüquq departamentin rəisi vəzifəsi Kənan Quliyevə həvalə edilib. K.Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb.

Metropolitenin Kommersiya Departamentinin rəisi vəzifəsinə isə Ruslan Ağayev gətirilib.

R.Ağayev bu vəzifədə bir müddət öncə işdən azad olunan Lalə Babayevanı əvəz edib. R.Ağayev daha öncə Balaxanı Sənaye Parkında çalışıb.

Metronun Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsi isə Nicat Əliyevə həvalə olunub. N.Ağayev daha öncə “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı olub.

Qeyd edək ki, ötən ilin dekabr ayında ölkə başçısının Sərəncamı ilə Vüsal Aslanov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsinə təyin edilib. V.Aslanovun gəlişindən sonra qurumda kütləvi şəkildə kadr dəyişiklikləri, rəhbər vəzifələrə yeni təyinatlar müşahidə edilir. Belə ki, bu ilin yanvar-fevral aylarında Nərgiz Mustafayeva Metropolitenin Strateji inkişaf departamentinin, Asəf İsgəndərli Maliyyə departamentinin, Tərlan Həsənli Təchizat departamentinin rəisi vəzifələrinə təyin edilib. QSC-nin rəisi V.Aslanovun əmri ilə qurumda Mühafizə və Yanğın Təhlükəsizliyi departamenti və Kommunikasiya departamentləri yaradılıb. Zamiq Quliyev Metropolitenin Mühafizə və Yanğın Təhlükəsizliyi departamentinin, Şaban İmkani isə Kommunikasiya departamentinin rəisi vəzifələrinə təyin olunub. Bu ilin yanvar ayında Türkiyənin Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigün Metropolitendə sədrin müşaviri vəzifəsinə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 4 qida qaraciyərə faydalıdır

Bu 4 qida qaraciyərə faydalıdır

Kadir İnanırın mirası kimə qalacaq?

Kadir İnanırın mirası kimə qalacaq?

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Məhərrəmlik bu tarixdə bitir

Məhərrəmlik bu tarixdə bitir

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycan kartofdan milyonlar qazandı – Rəsmi rəqəmlər

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Azərbaycanda hepatitə yoluxanların sayı açıqlandı

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Azərbaycanda investisiyaların sığortalanması mexanizmi hazırlanır

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstanda elektrik problemi yaşandı: Bakı-Tbilisi qatarı yolda qaldı

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları antirekord qırır

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

Ləğv olunan 19 banka ödənilən kompensasiyanın məbləği açıqlanıb

İtkin düşən 7 nəfər tapıldı

İtkin düşən 7 nəfər tapıldı

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

Suriyada iki avtobus toqquşub, 35 nəfər ölüb

“ChatGPT”nin işində pozuntu yarandı

“ChatGPT”nin işində pozuntu yarandı

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

İran və Ermənistan enerji sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Azərbaycan 41 min tona yaxın bu meyvədən ixrac edib

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Bu ölkədə Eboladan ölənlərin sayı 1309 nəfərə çatıb

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

Şəmkirdə 12 yaşlı bacısını bıçaqlayan qızın FOTOSU

“Özü kəfən geyinib aramızdan köçdü...” - FOTO

“Özü kəfən geyinib aramızdan köçdü...” - FOTO

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ermənistanda xərçəngdən ölüm artır

Ermənistanda xərçəngdən ölüm artır

End of content

No more pages to load

RADİO