Tibbi sığorta ilə bağlı YENİLİK

Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi sadələşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Belə ki, sözügedən Qanunun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar göstərilmişdir. Ümumilikdə, icbari tibbi sığorta göndəriş sistemi üzərində qurulmuşdur və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləği tətbiq edilir.

İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan halların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşmə münasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək. Eyni zamanda Qanunun 16-4.5-ci maddəsinə münasibətdə, bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulmuş digər sığortaolunanlar üzrə sığorta haqlarının yığımının 2025-ci il yanvarın 1-dən etibarən başlanılması nəzərdə tutulub. Yuxarıda göstərilənləri nəzərə alaraq icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur.

Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Bu ölkədə 600 milyon dovşan var

Bu ölkədə 600 milyon dovşan var

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

İranın gəlirləri ARTIR

İranın gəlirləri ARTIR

Banqladeş prezidenti istefa verdi

Banqladeş prezidenti istefa verdi

Qatarlara daş atan şəxslərə hansı CƏZA verilib? - DİN-dən AÇIQLAMA

Qatarlara daş atan şəxslərə hansı CƏZA verilib? - DİN-dən AÇIQLAMA

Quşlar yaşadıqları mühitə uyğun mahnı oxuyurmuş – Alimlər AÇIQLADI

Quşlar yaşadıqları mühitə uyğun mahnı oxuyurmuş – Alimlər AÇIQLADI

Özcan Dənizin ailəsində mülk DAVASI: Məhkəməlik oldular

Özcan Dənizin ailəsində mülk DAVASI: Məhkəməlik oldular

Klopp Almaniya millisinin baş məşqçisi TƏYİN EDİLDİ

Klopp Almaniya millisinin baş məşqçisi TƏYİN EDİLDİ

İcra başçısı rəisi işdən çıxardı, yenisini təyin etdi – FOTO

İcra başçısı rəisi işdən çıxardı, yenisini təyin etdi – FOTO

Zelenski: “Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var” – FOTO

Zelenski: “Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var” – FOTO

Müavinət, təqaüd və sosial yardım alanların NƏZƏRİNƏ!

Müavinət, təqaüd və sosial yardım alanların NƏZƏRİNƏ!

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Serenay Sarıkayanın yeni dövrü: 75 milyonluq müqavilə imzalayıb

Serenay Sarıkayanın yeni dövrü: 75 milyonluq müqavilə imzalayıb

Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – Foto

Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – Foto

Xaricdə dövlət hesabına təqaüdlə təhsil imkanı qazananların SİYAHISI AÇIQLANDI

Xaricdə dövlət hesabına təqaüdlə təhsil imkanı qazananların SİYAHISI AÇIQLANDI

Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi

Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi

End of content

No more pages to load

RADİO