FHN əhaliyə MÜRACİƏT ETDİ

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə edilən qeyri-sabit və yağıntılı hava şəraiti martın 2-dək davam edəcək.Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır”.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.

Qeyd edilib ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır:

“Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik.

Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər.

Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Milli Məclisdən ABŞ Konqresinin qərəzli qanun layihəsinə SƏRT REAKSİYA

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

Yayda orqanizmi qorumaq üçün İDEAL PƏHRİZ

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Demokratlar və Respublikaçılar Rusiyaya qarşı BİRLƏŞDİ – Misli görülməmiş sanksiyalar QƏBUL EDİLƏCƏK

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Bu il mina terrorunun qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Ağdamda yanğının arealı GENİŞLƏNİR – Beş kəndə YAYILDI – FOTO

Bu ölkədə 600 milyon dovşan var

Bu ölkədə 600 milyon dovşan var

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

6 nəfərin ölümü ilə bağlı cinayətlərin üstü illər sonra açıldı – RƏSMİ

İranın gəlirləri ARTIR

İranın gəlirləri ARTIR

Banqladeş prezidenti istefa verdi

Banqladeş prezidenti istefa verdi

Qatarlara daş atan şəxslərə hansı CƏZA verilib? - DİN-dən AÇIQLAMA

Qatarlara daş atan şəxslərə hansı CƏZA verilib? - DİN-dən AÇIQLAMA

Quşlar yaşadıqları mühitə uyğun mahnı oxuyurmuş – Alimlər AÇIQLADI

Quşlar yaşadıqları mühitə uyğun mahnı oxuyurmuş – Alimlər AÇIQLADI

Özcan Dənizin ailəsində mülk DAVASI: Məhkəməlik oldular

Özcan Dənizin ailəsində mülk DAVASI: Məhkəməlik oldular

Klopp Almaniya millisinin baş məşqçisi TƏYİN EDİLDİ

Klopp Almaniya millisinin baş məşqçisi TƏYİN EDİLDİ

İcra başçısı rəisi işdən çıxardı, yenisini təyin etdi – FOTO

İcra başçısı rəisi işdən çıxardı, yenisini təyin etdi – FOTO

Zelenski: “Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var” – FOTO

Zelenski: “Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var” – FOTO

Müavinət, təqaüd və sosial yardım alanların NƏZƏRİNƏ!

Müavinət, təqaüd və sosial yardım alanların NƏZƏRİNƏ!

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Serenay Sarıkayanın yeni dövrü: 75 milyonluq müqavilə imzalayıb

Serenay Sarıkayanın yeni dövrü: 75 milyonluq müqavilə imzalayıb

Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – Foto

Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – Foto

Xaricdə dövlət hesabına təqaüdlə təhsil imkanı qazananların SİYAHISI AÇIQLANDI

Xaricdə dövlət hesabına təqaüdlə təhsil imkanı qazananların SİYAHISI AÇIQLANDI

Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi

Türk ölkəsinin adının dəyişdirilməsi təklif edildi

End of content

No more pages to load

RADİO