Ağcabədi rayonu ərazisində KİA, "Mercedes" və VAZ markalı minik avtomobillərinin iştirakı ilə zəncirvari qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Xocavənd kəndi ərazisində qeydə alınan dəhşətli qəza nəticəsində 5 nəfər həyatın itirib.
Qəza nəticəsində xəsarət alanlar da var. Yaralılar Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.